Yuxarı

Evdə müalicə alan korona xəstələri nə üçün ağırlaşır?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Evdə müalicə alan korona xəstələri nə üçün ağırlaşır?

Evdə müalicə alan koronavirus xəstələrinin ağırlaşmasının səbəbi fərqli həkimlərdən müxtəlif müalicə reseptləri almalarıdır.

Axar.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, uzman terapevt Zakir Quliyev deyib. Onun sözlərinə görə, həkimlərin bir-birindən xəbərsiz fərqli müalicə üsulu yazmaları xaotik müalicəyə gətirib çıxarır: "Xaotik müalicə ilə doğru müalicə eyni şey deyil. Bəzən 3-4 dərman belə bizə yetəri qədər yaxşı təsir edir. Amma bəzən yanlış zamanda yanlış dərman, uyğun olmayan vaxt hormon müalicəsi mənfi nəticələrə gətirib çıxarır. Yəni, xəstə qızdırır və ona steroid, hormon tərkibli dərmanlar yazırlar. İcazə verin, xəstənin bədəni xəstəliklə mübarizə aparsın. Hormon müalicəsi bədənin mübarizəsinin qarşısını alır. Belə olduqda bədənin immun sistemi çökür və xəstəlik aktivləşir. Hormon müalicəsinə nə zaman başlanılmasına diqqət edilməlidir. İlk 2-3 gün qızdırma viral replikasiya, virusun çoxalmasıdır. Bütün viral replikasiyalarda qızdırma normal bir şeydir. Belə hallarda steroid vermək olmaz".

Mütəxəssis onu da bildirib ki, hər xəstə evdə müalicə almamalıdır:

"Elə xəstələr var ki, müalicə prosesini günbəgün izləmək lazımdır. Vəziyyətdə hər hansısa ağırlaşma varsa, inad etmək lazım deyil. Klinikalarda kifayət qədər yer var. Yerlərlə bağlı heç bir problem yoxdur. Bizdə koronavirusla mübarizə ən yüksək səviyyədədir. Dəmanlar yetəri qədər var. Ona görə də klinikalarda yatmaqdan qorxmayın. Əksinə, klinikalara gec yatdığımız üçün ağırlaşırıq".

Tarix
2021.09.01 / 22:15
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla