Yuxarı

Nazirlikdən ağır xəstə olan Kənan Hacıya şad xəbər

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlikdən ağır xəstə olan Kənan Hacıya şad xəbər

"Dövlət hepatit C virusuna yoluxmuş şəxslərin müalicəsini öz üzərinə götürüb. İctimai Səhiyyə və İslahatlar mərkəzi bu xəstələri pulsuz müayinə etdikdən sonra lazımi dərmanlarla təmin edir".

Bu sözləri Axar.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Ümumi şöbəsinin inspektoru Xalidə Hüseynova yazıçı Kənan Hacının Hepatit C virusuna yoluxması və müalicəsinə yardım edilməsi ilə bağlı müraciətinə cavab olaraq bildirib. Nazirlik rəsmisinin sözlərinə görə, Hepatit B və C virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə xüsusi Komissiya yaradılıb:

"Səhiyyə Nazirliyində "B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyası" yaradılıb. Hazırda həmin komissiyanın rəyi əsasında virus hepatitli xəstələrin müvafiq dərman preparatları ilə təmin edilməsi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin binasında yerləşir. Komissiyanın sədri professor Murad Baxşıyevdir. Mərkəzin binası H.Zərdabi 96 ünvanındadır".

Xatırladaq ki, gənc yazar Kənan Hacı Aznews.az saytına açıqlamasında Hepatit C virusundan əziyyət çəkdiyini, xəstəliyinin şiddətləndiyini, iş qabiliyyətini itirdiyini bildirmiş, müalicəsinə yardım olunmasını xahiş etmişdi.

Tarix
2015.08.04 / 14:08
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

İranla danışıqlar çıxılmaz vəziyyətdədir - Əbdülfati

Şövkət Mirziyayev Mehriban Əliyevanı təbrik etdi

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla