Yuxarı

Vəziyyət pisləşərsə, Omikron ölkəmizdə yayılarsa... - Musayev

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vəziyyət pisləşərsə, Omikron ölkəmizdə yayılarsa... - Musayev

Son zamanlar gündəmdə olan COVİD-19 virusunun Omikron variantının 100-ə yaxın ölkədə yayılması geniş müzakirə olunur. Gündəlik olaraq toplanan test nümunələri seçmə üsulu üzrə laboratoriyada yoxlanılır.

Axar.az xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O bildirib ki, bugünkü tarixədək ölkədə Omikron variantına yoluxma qeydə alınmayıb:

"Bugünkü göstəricilərə görə görülən düzgün tədbirlər, vaksinasiyaya borcluyuq. Vətəndaşlara vaksinasiya kampaniyasına qoşulduqları üçün təşəkkür edirəm.

Azərbaycanla həmsərhəd ölkələrdə Omikron ştammı yayılıb və bu variantın ölkəmizdə yayılması istisna deyil. Vəziyyət pisləşərsə, ştamm ölkəmizdə yayılarsa, qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlər görüləcək".

Tarix
2021.12.28 / 17:12
Müəllif
Axar.az
Digər xəbərlər

Maka Boçorişvili Azərbaycanda səfərdədir

ABŞ-da Azərbaycan bayraqları endirilib? – Rəsmi

Rusiyada maaşlar da kəsilir: müharibə ölkəni bitirir

Azərbaycan daha bir konvensiyaya qoşulur

Paşinyan Azərbaycan mahnısını ermənicə paylaşdı - Video

Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı...

Eyni gündə iki tarixi olay: TRİPP və...

İrəvanda yeni Konstitusiya layihəsinin əleyhdarları...

İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi

İndoneziya prezidenti Azərbaycana səfər edə bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla