Yuxarı

Heyvanın mühüm faydaları hansılardır?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heyvanın mühüm faydaları hansılardır?

Soyuq havada xəstəlik ehtimalı daha çox olduğundan süfrənizdə daim immuniteti gücləndirən qidalar, meyvələr olmalıdır.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, A, B, C vitaminləri və potaşla zəngin olan heyva xərçəng, bağırsaq problemləri, öskürək kimi bir çox xəstəliklərin şəfasıdır. Heyva vitamin və minerallarla çox zəngindir. 100 qram heyvada gündəlik tələbatımızın 25 faizini qarşılayacaq qədər C vitamini var.

Heyva immuniteti gücləndirməklə yanaşı, xolestrolu tənzimləməkdə də mühüm rol oynayır. Dərinin sağlam olması və gözəl görünməsi üçün də faydalıdır. Heyva suyu və çayını içənlərdə dəri ləkələri azalır və insanın daha gənc görünməsini təmin edir.

80 faizi sudan ibarət olan heyvanın kalorisi də azdır. 100 qram heyvada 55 kalori var. Heyvadakı pəhriz lifləri də arıqlamağa kömək edir. Həzm sistemi xəstəliklərinin, ishal, mədə ağrıları və ürəkbulanması üçün də heyva əvəzsizdir. Tərkibindəki potaş sayəsində qan təzyiqi nəzarətdə saxlanılır və böyrəkləri qoruyur. Suyu və çayı qripdən sağalmağın ən ideal vasitəsidir.

Tarix
2021.12.30 / 01:55
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla