Yuxarı

Yeni il süfrənizdən ananası əskik etməyin - Faydaları

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni il süfrənizdən ananası əskik etməyin - Faydaları

Yeni il süfrəmizdə xüsusi yeri olan ananas C vitamin ilə zəngindir. Tərkibi minerallar və liflərlə boldur.

Axar.az xəbər verir ki, ananas xərçəng xəstəliyinə yaxşı təsir edir. Tərkibindəki bol su bədəndəki yağları əridir. Arıqlamaq istəyənlər gündə bir stəkan ananas suyu içə bilər. Əvvəlcə bütöv ananası duzlu suda yarım saat gözlədib, sonra yaxşı yuyub şirəçəkən maşından keçirmək məsləhətdir. Ananas orqanizmə lazım olan vitamin və minerallarla zəngindir. Tərkibindəki zülal həzmi asanlaşdıran və arıqlamağı təmin edən bromelainin fermenti sayəsində bədəndə meydana gələ biləcək iltihabları və şişləri azaldır. Ananas xüsusilə sinüzit, badamcıq iltihabı, gut xəstəliyi, oynaq iltihabı, yaralanma və ya əməliyyatlardan sonrakı sağalma dövrlərində faydalıdır.

B və C vitamini ilə zəngin olan ananas dəri və saçların sağlamlığına yararlıdır. Dırnaqların möhkəmlənməsi, dərinin hamarlaşması üçün məsləhətlidir. Mədə və bağırsaqları təmizləyir. Ananasda olan zülal mayası yeməklərdəki zülalları təsirli bir şəkildə təhlil edərək mədə və bağırsaqları hərəkətləndirir.

Stressin aradan qaldırılması və immunitet sisteminin gücləndirilməsinə də köməkçidir. Ananas qan dövranını sürətləndirərək həm təzyiqi, həm də qandakı yağ nisbətini salmağa təsir edir.

Hərarət, öskürək və boğaz ağrısı üçün çox gözəl vasitədir. Nəfəs borusu infeksiyasının qarşısını alır.

Beyinə gedən qan damarlarını təmizləyir və beynin qan dövranını artırır.

Sümük və oynaqlardakı əhənglənməyi önləyir. Allergiyalara qarşı təsirlidir. Sidikqovucu xüsusiyyətinə görə bədəndəki toksinlərin atımına köməklik edir, selülit müalicəsində də istifadə olunur.

Tarix
2021.12.31 / 20:00
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla