Yuxarı

Gənclər niyə ürək xəstəliyinə tutulur? – Rəşad Mahmudov

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gənclər niyə ürək xəstəliyinə tutulur? – Rəşad Mahmudov

Ötən gün gənc jurnalist Bəxtiyar Səfərovun ürək tutmasından vəfat etmə xəbəri hər kəsi sarsıtdı. Son zamanlar ürək tutmasından gənc yaşda vəfat etmə ilə bağlı xəbərlərə tez-tez rast gəlirik. Ölkəmizdə ürək xəstəliyinin gənclər arasında artmasına hansı amillər səbəb olur?

Tanınmış ürək-damar cərrahı, millət vəkili Rəşad Mahmudov Axar.az-a açıqlamasında bildirib ki, gənclərin ürəktutmasından vəfat etməsi ölkədə ürək xəstəliklərinin gənclər arasında kəskin artması anlamına gəlmir.

“Bunun üçün əlimizdə müqayisəli statistik analiz yoxdur. İnsanları sağlam həyat tərzinə dəvət edirik. Ürək-damar xəstəlikləri bu gün ölümə və əlilliyə gətirib çıxarma xüsusiyyəti ilə digər xəstəliklərlə müqayisədə birinci yeri tutur. Dünya üçün bu xəstəlik hələ də ciddi səhiyyə problemi olaraq qalır. Təəssüf ki, ürək-damar xəstəliklərinin nisbətən gəncləşməsi ilə qarşı-qarşıyayıq. Buna səbəb olan əsas amillərdən biri xüsusən son illərdə sosial şəbəkələrdən istifadənin arzu olunmayacaq dərəcədə çoxalması, oturaq həyat tərzidir”, - həkim bildirib.

R.Mahmudov qeyd edib ki, insanların aktiv həyatdan daha çox passiv həyata yön dəyişdirməsi, son dövr ərzində dünyada baş vermiş pandemiya ilə əlaqədar qadağaların gətirmiş olduğu hərəkətsizlik poblemləri də xəstəliyin artmasına səbəb olan amillərdir:

“Gündəlik qidalanmada təbii qidaların yerinə süniləşmiş və ya genetikası dəyişdirilmiş qida məhsullarının yer alması da bu xəstəliyin yaranmasına səbəb ola bilər. Tibbin inkişafı hazırda bu problemin daha tez aşkarlanmasına şərait yaradır. Bu xəstəliyə məruz qalmamaq üçün həftədə ən azından 4-5 dəfə 1 saatdan az olmayacaq şəkildə aktiv yürüş etmək, mümkün qədər idmanla məşğul olmaq, ağırlıq verən və narahatlıq yaradan qidalardan uzaq qalmaq, axşam saatlarında ağır yeməklərdən istifadə etməmək məsləhətdir. Zərərli vərdişlər, ən başlıcası isə siqaretdən uzaq qalmaq, alkaqollu içkilərin miqdarını azaltmaq və mümkünsə istifadə etməmək, həyata xoş duyğu və sevgi ilə baxmaq insanların gələcəkdə ürək-damar xəstəliklərinə məruz qalma ehtimalını azaldacaq”.

Tarix
2022.01.02 / 19:44
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

İlham Əliyev Məhəmməd Əl-Casirlə görüşdü

İtaliya ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

İran yenə Ermənistanla bağlı “qırmızı xətt”indən danışdı

Zaur Şiriyev İrəvanda: Biz orta gücük!

Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - Müraciət

Azərbaycan qazı AB-nin daha iki ölkəsinə çatdı - Əliyev

Azərbaycan və Türkiyə hərbçiləri arasında müzakirə...

İlham Əliyev Kaya Kallası qəbul etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Prezident bu sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla