Yuxarı

Pandemiya bu il başa çatacaq - Alimlər

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pandemiya bu il başa çatacaq  - Alimlər

Rusiyanın virusologiya üzrə professoru, Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzinin baş elmi işçisi Anatoli Altşteyn COVİD-19 pandemiyasının bu il bitəcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, o, bu barədə "Ura.ru"ya müsahibəsində bildirib.

"2022-ci ildə pandemiyaya son qoya bilərik, çünki vaksinlər var, peyvəndləri təkmilləşdirmək, habelə onu istehsal etmək imkanı var. Mən təkcə Rusiyadan deyil, ümumilikdə dünyadan danışıram", - o deyib.

Altşteynin sözlərinə görə, normal həyata qayıtmaq üçün profilaktik tədbirlərə riayət etmək və peyvənd olunmaq lazımdır, əks halda pandemiya 2023-cü ildə də davam edəcək.

Rusiya Elmlər Akademiyasının müxbir üzvü, V.A.Engelhardt adına Molekulyar Biologiya İnstitutunun Hüceyrələrin çoxalması laboratoriyasının rəhbəri Pyotr Çumakov isə hesab edir ki, pandemiyanın insan həyatına təsiri getdikcə azalacaq.

“Sürətlə yayılan və ciddi təzahürlərə səbəb olmayan Omikron ştammı ilə hər şey səngiyəcək”, - o deyib.

Çumakovun sözlərinə görə, yeni ştamm digərlərini sıxışdıracaq.

Tarix
2022.01.02 / 21:20
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla