Yuxarı

Çarəsiz xəstələr bunu içsin – Həyat iksiri

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çarəsiz xəstələr bunu içsin – Həyat iksiri

Arpanın tərkibi mikro elementlərlə (mis, sink, fosfor və s) zəngindir. Bunlar insan orqanizmində, insan skeletini və insan toxumalarını təşkil edən mikro elementlərin əsas hissəsini təşkil edir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov arpa suyunun faydaların haqqında danışıb.

“3 xörək qaşığı arpanı bir gün 3 stəkan suda saxlayırıq, 1 gündən sonra süzürük və ona 1 xörək qaşığı bal və 5 xörək qaşığı təzə sıxılmış limon şirəsi əlavə edirik, qarışımı gün ərzində içirik”, - deyə həkim bildirib.

Həkimin sözlərinə görə, bu üsulda arpanın cücərdilmişinin suyuna limon və bal əlavə edib qoxusunu dəyişməklə hər kəs rahat şəkildə istifadə edə bilir. O, insana rahatlıq və gümrahlıq verir:

“Çarəsiz xəstəliklərdən əziyyət çəkən cücərmiş arpa suyundan istifadə edə bilər”.

F.Hüseynovun sözlərinə görə, cücərmiş arpa suyunun tərkibində olan güclü antioksidantlar bədənimizdəki sərbəst radikalları tutub neytrallaşdırmaq üçün çox önəmli bir rola malikdir. Sərbəst radikalları insan beyninə tabe etmək üçün bizim bədənimizə zəngin antioksidantlar lazımdır. Antioksidantlar çox olan qidaları istifadə etməliyik. Antioksidantlar cücərmiş toxumlarda, meyvələrdə, cücərmiş toxumların suyunda çox olur.

Bundan başqa, bu, bədəni tam təmizləmək üçün gözəl üsuldur. Öd yollarında qumları, böyrək yolları və böyrəyi daşlardan təmizləyir. Bağırsaqda bizə faydalı olan mikrofloranı zənginləşdirir. Allergiya xəstəliklərindən əziyyət çəkən insanlar üçün faydalıdır. Allergiya xəstələri bunu 15-20 gün sınasınlar, faydasını yavaş-yavaş görəcəklər.

Asma xəstəliyi, qaşınmalardan əziyyət çəkən, həddindən artıq ekzema, dəmirov xəstəliyi olan, çoxlu yara, çiban çıxardan insanlar üçün olduqca effektivdir. Məsələn, ekzemadan əziyyət çəkən insan binti bu suya batırıb həmən yerə qoyub salafanla bağlayır və 2 və ya 3 saat saxlayır. Ekzemaların müalicəsində çox faydaları var. Bu üsul bir müddət bu qarışımdan istifadə edən insanın gözünü də işıqlandırır.

Həkim əlavə edib ki, bu üsulun istifadəsində əks göstəriş yoxdur. Yalnız ödündə çoxlu daşlar olan insanlar bundan istifadə etməməlidir, çünki o, ödqovucu xüsusiyyətlərə malikdir, ona görə çoxlu daş olan zaman sürətli şəkildə kanala sala bilər. Həmçinin hamilə xanımlar bu qarışımdan az istifadə etməlidir. Eyni zamanda bu qarışıma bal və limon əlavə etmədən şəkər xəstələri də istifadə edə bilər.

Tarix
2022.01.05 / 16:14
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildən Paşinyanın qələbəsinə reaksiya

Əsmər Əliyeva vəzifəsindən azad olundu

Bayramov gürcü həmkarı ilə nələri müzakirə etdi?

Kinterodan Əliyevə: Anlaşmanı möhkəmləndirmək istəyirik

Rubionun maraqları ABŞ-ı Cənubi Qafqazda təhlükəyə atır

İran ətrafında yaranmış vəziyyət... - Bayramov

Nazirlərin növbəti üçtərəfli görüşü Tiflisdə keçiriləcək

İstanbul Bəyannaməsi imzalandı

Bu proses Azərbaycanla koordinasiyalı şəkildə davam edir

Bayramov Azovda vurulan gəmilərdən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla