Yuxarı

Uşaqları bu halda bağçaya göndərməyin - Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uşaqları bu halda bağçaya göndərməyin  - Həkim

Son zamanlar uşaqlar arasında yoluxma halları kəskin artıb. Valideynlər infeksiyanın bağça və məktəblərdə uşaqlar arasında yayıldığını bildirirlər.

Pediatr Qoşqar İsmayılov Axar.az-a açıqlamasında qeyd edib ki, xüsusən son 2 həftə ərzində yayılan virus bir qədər fərqli mutasiya olunmuş influenza virusudur.

“Uşaqlarda xüsusən yüksək hərarət müşahidə olunur. Xəstəyə hərarətsalıcı, yəni antipiretik dərmanlar verilir. Lakin bəzən qızdırma 8-10 saat normaya düşmür. Yayılan virus xüsusilə kataral əlamətlərlə - daha çox öskürək, burunaxma ilə özünü göstərir. Uşaqlarla yanaşı, böyüklərə də keçir. Müalicəyə baxmayaraq, bir həftə ərzində bu infeksiya təkrarlana bilər”, - həkim bildirib.

Q.İsmayılov deyib ki, valideynlər uşaqlarında burunaxma, yüksək hərarət, öskürək, boğazağrısı kimi şikayətlər görərsə, mütləq şəkildə öz pediatrına müraciət etsinlər:

“Vaxtında həkimə müraciət etsinlər ki, xəstəlik sonradan ağırlaşıb pnevmaniya və digər fəsadlar törətməsin. Xəstə uşaqları bağça və məktəbə buraxmasınlar. Qızdırmanın düşməsi hələ sağalmaq demək deyil. Bir çox valideynlər elə başa düşürlər ki, 3 gün qızdırma yoxdursa, uşaq artıq bağçaya gedə bilər. Uşağı öskürə-öskürə bağçaya göndərirlər. Uşaq həm başqasını yoluxdurur, həm də özü yenidən xəstələnir. Bütün bunlara mütləq diqqət etmək lazımdır. Rentgen diaqnostikası da çox önəmlidir. 1 həftədən çox öskürən uşağın rentgen olunması məsləhətdir. Kompüter tomoqrafiyası isə məsləhət deyil. Ümid edirik ki, bu hal mart ayına qədər normaya düşər”.

Tarix
2022.01.06 / 13:56
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla