Yuxarı

Həkim: Temperaturunuz 3 günə düşməsə... - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həkim: Temperaturunuz 3 günə düşməsə... - Video

Azərbaycanda yayılan virusun influenza olmasını təxmin edirik. Onun bu formada yayılması onu göstərir ki, insanlarımız maska ilə davranış qaydalarını yaddan çıxarıblar. Gigiyena qaydalarına düzgün əməl edilmir deyə, bu virus həddindən artıq sürətlə yayılmaqda davam edir.

Axar.az xəbər verir ki, bunu ARB-24-ün “Gündəm” verilişinə açıqlamasında həkim Ümid Səlimzadə deyib. O bildirib ki, bu virusa yoluxan xəstələrdə COVİD-19 testlərinin cavabı əksər hallarda neqativ olur:

“İnfluenzanın əlamətləri də koronada olduğu kimidir. Temperaturu 39-40 dərəcəyədək qalxan insanlar müşahidə edirəm”.

Ü.Səlimzadə onu da qeyd edib ki, influenzanın xəstəxana şəraitində müalicəsində antiviral dərmanlardan istifadə edilməlidir:

“Əgər antiviral dərmanlar xəstəyə kömək etmirsə, demək, ikincili olaraq bakterial mənşəli infeksiya qoşulub. Bu təsdiqlənərsə, biz antibiotiklərdən istifadə edə bilərik. Amma ev şəraitində müalicə zamanı isə gün ərzində temperatur salan dərmanların 6-8 saatdan bir olmaqla, 3-4 dəfə istifadəsi lazımdır. Əgər temperatur 3 gündən artıq düşməsə, xəstəxanaya müraciət mütləqdir”.

Tarix
2022.01.10 / 10:11
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla