Yuxarı

Azərbaycandakı testlər Omikron ştammını aşkarlamır?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycandakı testlər Omikron ştammını aşkarlamır?

Səhiyyə Nazirliyi Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarını müəyyənləşdirmək üçün istifadə olunan PCR testlərinin Omikron ştamını aşkarlamadığı barədə iddialara cavab verib.

Axar.az xəbər verir ki, nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Report-a açıqlamasında yeni ştammın da koronavirusun digər növləri kimi adi PCR test üsulu ilə aşkarlandığını bildirib.

“Çünki mövcud testlər istənilən ştamda müsbət nəticə verməyə qadirdir. Sadəcə həmin ştamın hansı növ olmasını laborator analizlər nəticəsində dəqiq bilmək olur.

Mövsümü virusa yoluxanlardan götürülən test nəticələrinin neqativ çıxması bir daha sübut edir ki, həmin nümunələrdə COVİD-19 virusu yoxdur”, - o vurğulayıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva isə bildirib ki, əhali arasında yanlış fikir yayılıb ki, hazırda ölkədə yeni virus peyda olub və testlər bunu aşkar edə bilmir:

“Bu, tamamilə yanlış düşüncədir. Koronavirusun bütün ştamları istər Alfa, Beta, Delta, istərsə də Omikron COVİD-19 PCR testində müsbət göstərir. Amma bu test hansı ştam olmasını fərqləndirə və təyin edə bilmir. Ştamın növünü təyin etmək üçün isə əlavə laborator analizə ehtiyac olur. COVİD-19 PCR testi neqativ olan xəstələr böyük ehtimal digər respirator viruslardan birinə yoluxmuş hesab olunurlar. Bunlar arasında uzun müddət davam edən, daha çox ağırlaşmalara və bakterial koinfeksiyalara meyilli olan növ “influenza”dır”.

Qeyd edək ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumata görə aparılan araşdırmaların növbəti mərhələsində ölkə xaricindən gələn şəxslərdən götürülən nümunələrdən 12 -də SARS-CoV-2 21K Omikron variantı aşkarlanıb.

Tarix
2022.01.10 / 15:31
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla