Yuxarı

13 yaşlı qız 28 yaşlı oğlana ərə verilir - Həkimdən çağırış

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
13 yaşlı qız 28 yaşlı oğlana ərə verilir - Həkimdən çağırış

Masallıda 13 yaşlı qızın 28 yaşlı oğlana ərə verilməsi xəbəri erkən nikah mövzusunu yenidən gündəmə gətirib.

Həkim Könül Xələfova Axar.az-a açıqlamasında erkən nikahların fiziki və cinsi zorakılıq olduğunu bildirib.

“Belə bir xəbəri eşidəndə aqressivləşməmək mümkün deyil. Xüsusilə qızların sağlamlığına və həyatına mənfi təsir göstərən və son illərdə daha çox nəzərə çarpan erkən nikahlar baş alıb gedir. Azərbaycanda gah azyaşlı oğlan özündən yaşca böyük qadınla, gah da azyaşlı qız özündən çox böyük biri ilə məcburi evləndirilir. 28 yaşlı oğlanın pəncəsinə balaca qızı kim yaraşdırdı? Qızların erkən yaşda ərə verilməsini kim istəyir? Əlbəttə ki, valideynlər!”, - o deyib.

Həkimin sözlərinə görə, qızlar müəyyən yaşa çatdıqdan sonra sanki ailəyə yük olur:

“Amma valideyn fikirləşmir ki, cinsi yolla keçən infeksiyalar azyaşlılarda daha tez baş verir, hətta bu, onun ölümü ilə nəticələnə bilər. Həmçinin bu, fiziki və cinsi zorakılıq hesab olunur. Təbii ki, bu uşağın razılığı ilə olmur, 13 yaşlı qızcığaz nə bilsin ər nədir, ailə nədir”.

K.Xələfova vurğulayıb ki, erkən nikahlar ölüm riskini artırır:

“Erkən evləndirilən uşalqarın cinsi əlaqə təcrübələri olmadığından cinsi uyğunsuzluq və cinsi problemlər ortaya çıxır. Bununla da arzuolunmaz hamiləliklər, qeyri-sağlam abortlar erkən nikaha girən şəxslərdə ölüm riskini artırır. Uşaqlıq və yeniyetməlik dövründə ailə quran qadının orqanizmi tam formalaşmadığı halda hamilə olması onun səhhətində müxtəlif problemlərin yaranmasına səbəb olur. Doğuş zamanı həm qadının, həm də uşağın ölüm ehtimalı yüksək olur. Bunun əsas səbəbi qadının fizioloji cəhətdən yetişməməsidir”.

Tarix
2023.12.11 / 12:55
Müəllif
Elmin Sərdarlı
Digər xəbərlər

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla