Yuxarı

Qızılcadan qorunmaq üçün bu qidalar faydalıdır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qızılcadan qorunmaq üçün bu qidalar faydalıdır

Təəssüf ki, qızılca infeksiyasından tam müdafiə yoxdur. Sadəcə immuniteti gücləndirən tibbi prosedur mövcuddur. Qızılca infeksiyasına yoluxan uşaqların müalicəsi ilk növbədə simptomların aradan qaldırılmasına, fəsadların qarşısının almasına, düzgün istirahət və maye qəbulunun təmin edilməsinə yönəlməlidir.

Bu sözləri Axar.az-a açıqlamasında pediatr, həkim-allerqoloq Xəyalə Quliyeva deyib.

Onun sözlərinə görə, müalicə məhz xəstəliyin əlamətlərinə görə təyin olunur:

“Məsələn, hərarət, öskürək varsa, onlara uyğun olan həblər verilir. Əsasən, xəstəliyin ağırlaşmasının qarşısını ala biləcək dərman kimi A vitamini məsləhət görülür. Bu vitamin meningitdən, otitdən, pnevmoniyadan, ən əsası isə görmə problemindən qoruyur. Əgər qızılca infeksiyasına yoluxma diaqnozu qoyulubsa, mütləq A vitamini qəbul edilməlidir. Xəstəliyin simptomlarına gəlincə, bunlar gözdə əzginlik, qızartılar, öskürək və sonda hərarətin artmasıdır. Qızılca xəstəliyinə yoluxanların bir neçə gün sonra bədənində səpkilər yaranır. Səpkilər ilk gün üzdə, qulaqda olur, növbəti gün boyun və yuxarı ətraflara, sonrakı günlər isə aşağı ətraflara yayılır”.

Mütəxəssis vurğulayıb ki, bu dövrdə A vitamini ilə zəngin olan qidalar qəbul edilməlidir:

“Bura süd məhsulları, portağal, yerkökü və s. daxildir. Eyni zamanda, bolluca maye qəbul edilməlidir, çünki xəstəlik zamanı dəri su itirir, susuzlaşır. Xəstə yataq rejiminə keçməli və heç kimlə təmasda olmamalıdır. Digər qorunma yolu isə peyvənd olunmaqdır. Qızılca infeksiyasına yoluxan uşağın ayrı otaqda saxlanması tövsiyə olunur. Otağı tez-tez havalandırmalı, günəş işığının düşməsinə nəzarət etməli, həmçinin otaqda rütubətə diqqət yetirilməlidir. Onlara qulluq edən şəxslər isə qoruyucu maskadan istifadə etməlidirlər. Peyvənd 1 və 6 yaş aralığında edilir. Əgər 1 yaşında peyvənd olunmayıbsa, 6 yaşa kimi, 6 yaşda olunmayıbsa, 10 yaşa kimi vaksin vurulmalıdır. Ümumiyyətlə, peyvənd dozasını almayıbsa, 6 yaşından sonra müəyyən nəzarətlə peyvənd oluna bilər”.

Tarix
2023.12.13 / 08:15
Müəllif
Mehnur Məmmədli
Digər xəbərlər

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla