Yuxarı

Virus yayılır: bu əlamətlər qızılca xəstəliyinə aid deyil

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Virus yayılır: bu əlamətlər qızılca xəstəliyinə aid deyil

Son vaxtlar xüsusilə azyaşlı uşaqlar arasında burun axması, öskürək, yüksək hərarət müşahidə olunur. Bu əlamətləri tam olaraq qızılca xəstəliyi ilə əlaqələndirmək doğrudurmu?

Tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla Axar.az-a bildirib ki, uşaqlar arasında son vaxtlar yayılan bu kimi əlamətlər təkcə qızılca ilə bağlı deyil.

“Bu, hazırda fəallaşan respirator xəstəlikləri, qrip virusu, adena viruslar, koronavirusun omikron ştammı, eləcə də Çində uşaqlar arasında geniş yayılan pnevmoniya kimi çoxsaylı səbəblərlə bağlı ola bilər. Xəstəliyi yaradan səbəb dəqiq müəyyən olunmalı və ona uyğun da müalicə tətbiq edilməlidir”, - deyə həkim bildirib.

A.Qeybulla milli peyvənd təqvimi ilə uşaqların peyvəndlənməsinin bundan sonra ciddi şəkildə həyata keçirilməsinin əhəmiyyətini də vurğulayıb:

“Təəssüflər olsun ki, immunoprofilaktikanın dəqiq aparılmaması bu gün bəzi xəstəliklərin baş alıb getməsinə səbəb olur. Qızılca praktikasında bunun bir daha şahidi olduq. Bu baxımdan valideynlərin hər birinə bu məsələyə ciddi yanaşmağı məsləhət görürük. Milli peyvənd təqvimi ilə tələb olunan bütün peyvəndlərin vaxtında olunması sağlamlıq üçün vacib şərtdir”.

Tarix
2023.12.14 / 01:56
Müəllif
Mehnur Məmmədli
Digər xəbərlər

Azərbaycan buna görə Türkiyəni təbrik etdi

Vadefulun Bakı və İrəvan səfəri - Tiflisdən imtina etdi

TRİPP başladı - İrandan sensasion reaksiya

Fərid Baxşıyev yüksək vəzifəyə seçildi

Türkiyənin böyük uğurunda Ukraynanın müstəsna rolu

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifə alan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

Maka Boçorişvili sabah Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla