Yuxarı

Azərbaycana qızılcaya qarşı vaksin gətirildi - Rəsmi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycana qızılcaya qarşı vaksin gətirildi - Rəsmi

Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və yoluxmaların qarşısının alınması məqsədilə, vaxtında qızılcaya qarşı vaksinasiyadan kənarda qalan 11- 40 yaşlı əhali arasında vaksinasiya tədbirlərinin aparılması üçün müvafiq vaksin preparatlarını Azərbaycana gətirib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, hazırda immunizasiya tədbirlərinin təşkili üzrə işlər görülür.

Qeyd olunub ki, Avropa regionunda bu ilin əvvəllərindən qızılca xəstəliyinin alovlanması nəticəsində hazırda Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılması davam edir:

"Azərbaycanda qeydə alınan yoluxma hadisələrinin və epidemioloji vəziyyətin təhlili göstərir ki, 10 yaşa qədər uşaqlarla yanaşı, 10 yaşından yuxarı uşaqlar və böyüklər arasında da yoluxma halları baş verir. Belə yoluxma halları əsasən qızılca infeksiyasına qarşı həssas, yəni heç vaxt bu xəstəliyi keçirməyən və ya qızılcaya qarşı vaksinasiya olunmayan 40 yaşa qədər şəxslər arasında müşahidə edilir.

Nazirlik əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə 10 yaşa qədər uşaqların ölkədə qüvvədə olan Profilaktik peyvəndlər təqviminə əsasən və qızılcaya yoluxmalara görə hazırda həssas hesab edilən 11- 40 yaşlı şəxslərin qızılca infeksiyasına qarşı peyvənd olunmasını vacib hesab edir. Qeyd olunan əhali qruplarının vaksinasiyası üçün yaşayış yerləri üzrə uşaq və yaşlı qrupa aid əhaliyə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edilməsi tövsiyə olunur. 11-40 yaşı əhali qruplarının yoluxmadan müdafiəsi üçün 1 dəfə vaksinasiya olunması kifayət edir".

Tarix
2023.12.25 / 11:26
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla