Yuxarı

Yeni virus yayıldı, sürprizlərə hazır olun - Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni virus yayıldı, sürprizlərə hazır olun - Həkim

Son günlər mənşəyi bəlli olmayan virus ölkəni cənginə alıb. İddia olunur ki, bu, donuz qripi ilə COVİD-19-un birləşməsindən yaranan yeni xəstəlikdir.

Axar.az xəbər verir ki, tibb elmləri doktoru, həkim-cərrah Adil Qeybulla Globalinfo.az-a açıqlamasında COVİD-19 pandemiyasının rəsmən bitməsinə baxmayaraq, epidemiya və omikron ştammının mutasiya variantlarının davam etdiyini bildirib:

“Bu gün ayrı-ayrı ölkələrdə identifikasiya olunmuş ştamlar haqqında məlumatlar mövcuddur. Həmçinin pandemiyadan başqa hər il qışda virus infeksiyaları tüğyan edir. İstər qrip, istər inoviruslar, istər koronavirusun soyuqdəymə törədən 4 forması hər il peyda olur və bu vəziyyətlə üzləşirik”.

A.Qeybullanın sözlərinə görə, 21-ci əsrin “virus əsri” olduğunu nəzərə alaraq, sürprizlərə hazır olmaq lazımdır:

“Karantin, şəxsi gigiyena qaydalarına riayət etməliyik. İnsanlarımız bəzən maska taxmadan, gigiyena qaydalarına riayət etmədən, məsafə gözləmədən yaşayırlar. Ona görə də bu cür yoluxmalar davam edir.

Hazırda dünyanın hər yerində yoluxma var. Belə vəziyyətdə yeganə yol şəxsi gigiyena və karantin qaydalarını gözləməkdir”.

Tarix
2024.01.09 / 15:19
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla