Yuxarı

Saçların rənginə görə xəstəliklər: sarışın, qaraşın, qumral...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saçların rənginə görə xəstəliklər: sarışın, qaraşın, qumral...

Trixoloqlar hesab edir ki, saçlar sağlamlığın barometri hesab edilir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, saçların rəngi və materialı insanın hansı xəstəliklərə meyilli olacağından xəbər verir.

Sarı saçlar

Statistikaya görə, sarışın qadınlar daha çox görmə torunun distrofiyasından əziyyət çəkir. Anadangəlmə sarı saçlılarda göz problemləri çox olur. Ona görə onlar rasionlarına daha çox lütein və çeaksantinlə zəngin qidalar daxil etməlidir. Bu maddələr yaşıl noxud, ispanaq, yaşıl yarpaqlı tərəvəzlərdə olur. Onlara kənd yumurtası sarısı vacibdir.

Açıq rəngli saçı olanların digər problemli nahiyəsi dəriləridir. Qaraşınlara nisbətən onlarda daha az melanin sintez olunur, ona görə sarışınların dərisi az müdafiə altındadır. Bu səbəbdən sarışınlarda dəri xərçəngi, melanoma, xallarla problemlər çox olur. Sarışınlar daha çox, hər gün SPF krem, papaq və eynək istifadə etməlidir.

Qəhvəyi saçlılar, qumrallar

Daha çox bu qadınlarda saç tökülməsi olur. Çünki bu rəng saçlarda əvvəldən saç follikulu sayı az olur. Eləcə də bu saç rəngi olanlarda anemiya, qan azlığı da çox rast gəlinir.

Kürənlər

Təbii kürənlər DNT-də nadir mutasiyaların nəticəsində yaranır. Məhz bu mutasiya səbəbindən bu insanlarda narkoz, anesteziya gec təsir edir, onlara 20% daha çox anestetik, keyidici lazım olur. Kürənlər digər rəng saçlılardan parkinsona 70% daha çox meyillidir.

Parkinsonun qarşısını almaq üçün fol turşusu vacibdir: mərci, ispanaq, paxlalılar yeyin.

Tarix
2024.01.13 / 02:02
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla