Yuxarı

Elektron reseptsiz dərman almaq mümkün olmayacaq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elektron reseptsiz dərman almaq mümkün olmayacaq

Apteklərdən elektron reseptsiz dərman əldə etmək mümkün olmayacaq.

Axar.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin şöbə müdiri Kəbutər Mövsümlü deyib.

Nazirlik rəsmisi bildirib ki, elektron reseptdə yalnız Tarif Şurasının təsdiqlədiyi və dövlət qeydiyyatına alınan dərman vasitələri qeyd olunacaq.

O bildirib ki, dövlət tərəfindən pulsuz dərmanlarla təmin olunan müəyyən kateqoriyayadan olan vətəndaşlar üçün elektron resept şamil edilməyəcək:

"Bəzi pasiyentlər üçün verilən reseptlərdə 2 və ya 3-ü möhür tələb olunurdu və bu, elektron reseptdə də olduğu kimi qalır. Bundan başqa, elektron reseptdə firma dərmanlarının və ya bioloji aktiv qida maddələrinın yazılması mümkün olmayacaq”.

“Misal olaraq reseptdə yazılan dərman sayı 10 ədəddir, lakin müraciət etdiyi aptekdə yalnız 5 ədəd qalıb. Onda aptekdə olan qədər alınır və elektron resept aktiv qalır, vətəndaş başqa əczaçılıq müəssisəsində müraciət edib dərman vasitələrini ala biləcəklər. Yəni qalan dərman sayına görə yenidən resept yazılmasına ehtiyac olmayacaq. Onu da nəzərə alaq ki, resept oxunuşu əczaçılar üçün müəyyən çətinlik yaradırdı, elektron resept sisteminin təşkili ilə bu problem arandan qaldırılmış olur”, - nazirlik rəsmisi əlavə edib.

Tarix
2024.01.17 / 15:49
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla