Yuxarı

Qızılcaya yoluxanlar buna görə ölür - Həkimdən SOS

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qızılcaya yoluxanlar buna görə ölür - Həkimdən SOS

Qızılca virus şəkilində yayılan yoluxucu xəstəlikdir. Xəstəlik hava-damcı yolu ilə yoluxur. Qızılcaya yoluxan insanlarda ilk növbədə qızdırma, halsızlıq, sonra ağciyər və beyində müxtəlif əlamətlər ortaya çıxır. Yaşlı insanlarda qızılcanın ağırlaşmış halı isə pnevmoniya və beyin ödemidir. Ölüm halları da buna görə baş verir.

Bu sözləri Axar.az-a tibb elmləri doktoru, həkim-cərrah Adil Qeybulla deyib.

O, son zamanlarda qızılcanın həm uşaqlar, həm də yaşlılar arasında geniş yayılmasının səbəbini belə izah edib:

“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarına əsasən 13 adda vaksinlə peyvənd tövsiyə olunur ki, bunlardan biri də qızılcaya qarşı olandır. Son zamanlarda vaksinasiyanın kütləvi xarakter almaması və ya müəyyən yayınma hallarının olması yoluxucu xəstəliklərin yayılmasına səbəb olub. Vaksinasiyadan yayınma hallarının isə başlıca səbəblərindən biri ÜST-ün koronavirus pandemiyasına başının qarışması oldu. Bundan başqa, valideynlərin özləri də imtina ərizələri yazıblar. Ümumiyətlə antivaksin kampaniyasının aparılması özünü bir daha göstərdi”.

Həkimin sözlərinə görə, dünyanın aparıcı səhiyyə təşkilatları belə qərara gəlib ki, qızılca yeni formada təzahür edib:

“Xəstəliyin kütləvi yayılmasının səbəbi təkcə peyvənd olunmamaqla bağlı deyil. Qızılcaya yoluxan xəstələr dərhal yataq rejiminə keçirilməlidir. Belə xəstələrin yaşından və onlrarın əvvəllər keçirdiyi digər xəstəliklərdən asılı olaraq müəyyən tədbirlər görülməlidir. Yaş artdıqca qızılcanın müxtəlif ağırlaşmaları və ölümcül fəsadları yarana bilər. Buna görə də, yaşlı insanlar qızılcaya yoluxan zaman, daha diqqətli olmaq lazımdır. O cümlədən də tanınmış aparıcı, yazıçı-publisist Həmid Herisçinin bu xəstəliyə yoluxması bizi narahat edir. Ümid edirəm ki, o, tez bir zamanda sağalar”, - A.Qeybulla bildirib.

Tarix
2024.01.27 / 14:14
Müəllif
Valeh Dadaşov
Digər xəbərlər

Ümid edirəm ki, Bakıya gedəcəm - Paşinyan

Rusiya üçün kritik gün: Paşinyan qalib gəlsə, bitdi...

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

CNN-in Azərbaycanla bağlı böhtan məlumat yayması...

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla