Yuxarı

Xərçəng riskini ən çox artıran qida

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xərçəng riskini ən çox artıran qida

Qırmızı ətin normadan artıq istehlakı bağırsaq və prostat vəzi xərçəngi xəstəliyinə tutulmaq riskini artırır.

Axar.az Report-a istinadla xəbər verir ki, belə bir xəbərdarlıqla Türkiyənin tanınmış onkoloqu Nilufər Avcı çıxış edib.

Mütəxəssis qeyd edib ki, xərçəng dünyada ən çox insan ölümünə səbəb olan xəstəliklərdəndir. Nilufər Avcı artıq çəki və qeyri-kafi fiziki fəaliyyətin döş, uşaqlıq yolu, qida borusu xərçəngi xəstəliyinə səbəb ola biləcəyini vurğulayıb.

O qeyd edib ki, duzlu ət bağırsaq xərçəngi riskini artırır. Sağlam qidalanma və idman vərdişləri ölümcül xəstəliklərə qarşı ən güclü sipərdir. Onkoloq balıq əti istehlakının xərçəng xəstəliyi riskini azaltdığını vurğulayıb.

“Bir sıra qidalarda zəhərli komponentlər var. Həmin komponentlərin bəziləri bişirmə üsullarından asılı olaraq orqanizmə zərərli formada daxil olur. Bunlardan bəziləri kənd təsərrüfatında istifadə olunan pestisidlərin, kimyəvi maddələrin, kimyəvi gübrələrin və parazit pestisidlərin qalıqlarıdır. Bu kimyəvi maddələrin qidadakı qalıqları insan sağlamlığı üçün son dərəcə zərərlidir.

Pestisidlərin ilk qurbanları bu təhlükədən xəbərsiz fermerlər olur. Məhsul yığımının sonunda məhsulların saxlanması, mühafizəsi, emalı və təmizlənməsi texnikası son dərəcə vacibdir. Bu mərhələlərdə edilən səhvlər sağlamlığımız üçün lazım olan qidaları zərərli elementlərə çevirə bilər”, - onkoloq vurğulayıb.

Onun sözlərinə görə, orqanizmin su və mineral ehtiyacları balanslı şəkildə qarşılanmalıdır:

“İnsanın gündəlik su tələbatı 2,5 litrdir. Bunun 1 litrini istehlak etdiyimiz qidalardan aldığımız halda, qalan 1,5 litrini içkilərdən almalıyıq.

Gündə az 4 porsiya meyvə qəbul olunmalı, mövsümi meyvələrə üstünlük verilməlidir. Meyvələr müxtəlif qidaların, yeməklərin tərkibində qəbul olunmalıdır. Gündə bir və ya iki porsiya tərəvəz, azı bir porsiya bişmiş tərəvəz istehlak edilə bilər”.

Tarix
2024.01.28 / 16:21
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla