Yuxarı

Qızılcaya yoluxan şəxslə təmasda olanlar karantinə alınır?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qızılcaya yoluxan şəxslə təmasda olanlar karantinə alınır?

TƏBİB qızılcaya yoluxmuş şəxslə təmasda olanların karantinə alınıb-alınmaması məsələsinə aydınlıq gətirib.

Axar.az xəbər verir ki, qurumdan Report-a verilən açıqlamada əlamətləri müşahidə edilməyənə qədər qızılca xəstəliyinə yoluxmuş şəxslərlə təmasda olmuş şəxslərin karantinə alınmasının qanunla nəzərdə tutulmadığı bildirilib.

Qeyd olunub ki, qızılca xəstəliyinin hər hansı əlaməti müşahidə edilərsə, həmin şəxsə xəstəlik vərəqi açıla bilər:

“Əlamət müşahidə edilənə qədər isə təmasda olan şəxs qeydiyyatda olduğu poliklinikanın və Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin ciddi nəzarətində saxlanılır. Xəstəlik vərəqi isə ailə həkimləri və ya həkim-infeksionistlər tərəfindən verilə bilər".

Qeyd edək ki, sosial şəbəkədə qızılcaya yoluxan şəxslə təmasda olanların evdə karantində saxlanılmadıqlarından məktəb, uşaq bağçalarında və digər ictimai yerlərdə xəstəliyi yaymaları barədə fikirlər səsləndirilir.

Tarix
2024.01.30 / 14:25
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla