Yuxarı

Bu faydalı qida da çox yeyəndə dərd verir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu faydalı qida da çox yeyəndə dərd verir

Sağlamlıq üçün bir çox faydası olan acı bibərin həddindən artıq istifadəsi asılılığa səbəb olur.

Axar.az xəbər verir ki, bu haqda türkiyəli diyetoloq Cemre Balkan məlumat verib.

Onun sözlərinə görə, tərkibində C, E, provitamin A, kalium, fosfor, dəmir, sink və selenium olan acı bibər sağlamlığa olduqca faydalıdır:

“Vitamin və minerallarla zəngin bu qida orqanizmi xəstəliklərə qarşı qoruyur və ağrıları aradan qaldırmaqda təsirlidir. Tərkibindəki liflə həzmsizlik və qəbizliyi də aradan qaldırır. Eyni zamanda, acı bibər yeyən fərdlərdə pis xolesterinin azaldığı müşahidə olunur”.

Onun sözlərinə görə, araşdırmalar acı bibərin faydaları ilə yanaşı, zərərlərinin də olduğunu göstərir:

“Acı bibərin həddindən artıq istifadəsi asılılığa gətirib çıxarda bilər. Belə olduqda fərdlərdə halsızlıq və yorğunluq halları müşahidə olunur. Hemoroid, xora, qastrit və digər mədə problemləri olan və ya mədə əməliyyatı keçirmiş şəxslər acı bibərin istifadəsi zamanı diqqətli olmalıdır. Acı bibərin iştah açdığı düşünülsə də, araşdırmalar acı bibər qəbul edən insanların iştahının azaldığını göstərib. Acı bibər tərkibli məhsullardan istifadə edəcəyiniz zaman mütləq həkimə və ya diyetoloqa müraciət edin”.

Tarix
2024.02.02 / 01:58
Müəllif
Aytac
Digər xəbərlər

ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi

Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi

Əliyevin Şuşadan dünyanı silkələyən bəyanatı...

Slovakiya Qarabağın bərpasında fəal iştirak edir

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Əliyevdən Makrona: Yeni dövr başladı!

İran kəşfiyyatı azərbaycanlıları bu cür “iş”ə cəlb edir

Əliyev bizim regionda gərginliyin azaldılmasına töhfə verib

Türkiyəli nazirə sui-qəsdin pərdəarxası

AŞPA-nın Bakıya qarşı “ənənəvi” təzyiq vasitəsi...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla