Yuxarı

Gündə neçə dilim çörək yeməliyik?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gündə neçə dilim çörək yeməliyik?

Sağlam insanın gündəlik çorək norması 2-3 dilimdir. Bir şərtlə ki, çörək tam taxıldan, kəpəkli və faydalı qatqılı olsun.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, həkim, immunoloq Marina Apletayeva kimlərə ağ çörəyin tamamilə qadağan oluna biləcəyini açıqlayıb.

“Əgər insanda piylənmə, insulin dirənci, şəkərli diabet varsa, ağ çörək, ümumiyyətlə, emal edilmiş undan imtina etməlidir. Kəpəkli çörək isə mədə-bağırsaq xəstəliyi olanlara olmaz. Tam taxıldan, dənəli çörək istənilən insan, istənilən xəstəlikdə yeyilə bilər. Amma bu çörəyi də sutkada 3 dilimdən çox yeməyin.

Hər faydalı çörək hər orqanizm üçün uyğun olmaya bilər. Çörək rasionda digər faydalı maddələrlə balanslaşdırılmalıdır. Çörəyə müxtəlif tumlar, qoz qatmaq mümkündür. Bu əlavə olaraq, çörəyin yağlılıq və vitaminini artıracaq. Amma çörəyə müxtəlif əlavələr edəndə mütləq həkimlə məsləhətləşin.

Çörəyə nə qata bilərsiniz:

- Kətan toxumu – "Omeqa 3", lif və linolin turşusu ilə zəngindir;

- Balqabaq tumu – maqniy, dəmir və s. zəngindir;

- Günəbaxan tumu – maqniy, E vitamini;

- Qoz, badam, fındıq – çörəyə fərqli dad verir.

- Qlüten həssaslğı olanlar qlütensiz undan istifadə etsin”, - o qeyd edib.

Tarix
2024.02.15 / 02:11
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla