Yuxarı

Öd kisəsindəki daşlar xərçəngə səbəb olur?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Öd kisəsindəki daşlar xərçəngə səbəb olur?

Öd kisəsində iri daş çox təhlükəlidir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, məşhur həkim Aleksandr Myasnikov öd kisəsi daşlarının hansı halda xərçəngə səbəb olduğunu bildirib.

“Bədxasəlli şiş təhlükəsi daşın ölçüsündən asılıdır. Daş nə qədər iridirsə, bir o qədər xərçəng təhlükəsi var. Öd daşı xəstəliyi hər 10 nəfərdən 2-sində var. Çox xəstələr simptomsuz daş gəzdirənlər olur, onların öd kisələrində daş olmasından xəbəri olmur.

Öd daşı xəstəliyinin əlaməti sağ qabırğaaltında ağrı, ağızda zəhər dadıdır, insan gəyirir. Amma çox xəstələrdə bunlar olmur. Daş böyük olduqda və öd yollarını tutduqda, artıq şiddətli ağrı tutmaları və ürəkbulanma olur.

Əslində öd xırda daşları, qumu özü kənara ata bilir. Öd şirəsi hasil etdikdə kisə yığılıb açılır, məhz bu zaman öd şirəsi ilə birgə mikroskopik daşlar da kisəni tərk edir. Əgər daş çox iridirsə, öd yollarından keçə bilmir və orda ilişir. Məhz burda ilişib qalan daş orda iltihab yaradır, mədəaltı vəzi təhlükəyə atır, bu zaman xroniki panktreatit və gələcəkdə mədəaltı vəz, öd kisəsi xərçəngi riski yarana bilir”, - o qeyd edib.

Tarix
2024.02.17 / 02:07
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla