Yuxarı

Oruc tutmağın 9 faydası

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oruc tutmağın 9 faydası

Oruc tutduqda daxili sisteminizə verilən fasilə bədənin infeksiyalara qarşı mübarizəyə fokuslanmasına kömək edir və bunun nəticəsində də sərbəst radikalların miqdarı azalır.

Axar.az xəbər verir ki, orucun orqanizm üçün bir çox faydaları var:

1. İmmun sistemini gücləndirir

Heyvanlar üzərində aparılan araşdırmada məlum olub ki, heyvanlar xəstələnəndə instinkt onlara diqqətini istirahətə yönəltməyi və yeməyi dayandırmağı əmr edir. Bəli, bu insanlar üçün də keçərlidir. Çünki oruc tutduqda daxili sisteminizə verilən fasilə bədənin infeksiyalara qarşı mübarizəyə fokuslanmasına kömək edir və bunun nəticəsində də sərbəst radikalların miqdarı azalır.

2. Kilo vermək üçün unikal bir həlldir

Oruc tutmaq arıqlamaq üçün əla bir yoldur, ancaq düzgün həyata keçirildiyi təqdirdə. Düzgün etməsəniz, əlbəttə ki, kilo vermək əvəzinə kökələ bilərsiz. Orucluq zamanı gün ərzində şəkərli qidalardan çəkindikdə, bədən yığılmış yağları enerji mənbəyi kimi istifadə edir. Lazımsız yağlar gündəlik enerji tələbatına çevrilir.

3. Xolesterinin səviyyəsini aşağı salır

Bədənin kilo itkisini idarə etmək qabiliyyəti xolesterol səviyyəsinin azalmasına təsir edir. Ümumiyyətlə bədəndə iki növ xolesterol var; pis xolesterol (LDL) və yaxşı xolesterol (HDL). Bəzi araşdırmalar orucluğun pis xolesterol səviyyəsini əhəmiyyətli dərəcədə aşağı saldığını, ancaq yaxşı xolestrol adlanan HDL-ə müsbət təsir göstərdiyini təsdiqləyir.

4. Oruc tutmaq həzm sistemini gücləndirir

Çinlilər həmişə vurğulayırlar ki, insan bədəninin mərkəzi onun mədəsidir. Mədə bədənin enerji mənbəyidir və buna görə də orqanizmdə ən ağır və ən çətin işi görür. Oruc zamanı bu orqana verilən az müddətli istirahət onun iş prosesini yaxşılaşdırmasına, hətta özünü təmizləməsinə və yenidən fəaliyyətini bərpa etməsinə imkan verir.
5. Artan böyümə hormonu orucun faydalarından biridir

Oruc idmançılar üçün çox faydalıdır, çünki orqanizmin özünü təmizləmə müddətini qısaldır və əzələlərin daha sürətli bərpasına kömək edir.

6. Beyin fəaliyyətini yaxşılaşdırır

Oruc zamanı beyin normal halda istifadə etdiyi enerji mənbəyi olan qlükoza yerinə yağları parçalayaraq enerji ketonlardan istifadə edir. Oruc zamanı beyində ifraz olunan müəyyən tip zülallar beyin kök hüceyrələrinin optimal işləməsini stimullaşdırır. Buna görə oruc tutan insan daha ayıq olur.

7. Pis vərdişlərdən qurtulmağa kömək edir

Ramazan ayı pis vərdişləri tərgitmək üçün mükəmməl vaxtdır, çünki biz gün boyu oruc olduğumuz üçün siqaret çəkmək kimi qeyri-sağlam adətləri tərgitməli oluruq.

8. Dəri sağlamlığına müsbət təsiri var

Oruc zamanı orqanizm toksinlərdən təmizlənmək və eyni zamanda hüceyrələrin degenerasiya prosesini ləngitməklə yanaşı, hüceyrələrin bərpası prosesini də yaxşılaşdırmaq imkanı əldə edir.

9. Qan şəkərini aşağı salır

Oruc tutmaq qlükozanın parçalanmasını artırır ki, orqanizm enerji ala bilsin, buna görə də insulin istehsalını azaldır və mədəaltı vəzi istirahət edir. Qlükozanın parçalanmasını asanlaşdırmaq üçün isə qlikogen istehsal olunur. Oruc tutmaq nəticəsində qanda şəkərin miqdarı azalır ki, bu da xüsusilə diabet xəstələri üçün faydalıdır.

Tarix
2024.03.13 / 01:08
Müəllif
Gülnar Fərhad
Digər xəbərlər

Zakir Həsənov azad olunmuş ərazilərdə - Foto

Sülh heç vaxt təmin olunmur - Papuaşvili

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Overçuk Zəngilanda səfərdədir: Mühüm iclas keçirildi - Foto

Sahibə Qafarova Matviyenko ilə görüşdü: AZAL təyyarəsi...

Simonyanla Qafarova ayaqüstü görüşdü - Foto

Rusiyalı iş adamlarının Qarabağda quruculuqda iştirakı...

Azərbaycan Rusiya ilə sənədlər imzaladı

Ermənistandan 960 dollara nə almışıq? - İrəvan təkzib etdi

Kremldən AZAL təyyarəsi ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla