Yuxarı

Həftədə 15 min addım atmaq ömrü 3 il uzadır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həftədə 15 min addım atmaq ömrü 3 il uzadır

Yeni bir araşdırma həftədə cəmi 15 min addım atmağın ömürə üç il əlavə edə biləcəyini göstərib.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, Böyük Britaniyada London İqtisadiyyat Məktəbi ilə sığorta şirkətlərindən birinin apardığı ortaq araşdırma ömrü uzatmağın yolunun hərəkət etməkdən keçdiyini sübuta yetirib.

Tədqiqat çərçivəsində Böyük Britaniya və Cənubi Afrikada on il ərzində bir milyondan çox insanın davranış və vərdişləri təhlil edilib. Nəticələr göstərib ki, fiziki aktivlik bütün yaş qruplarında böyük müsbət təsirlərə səbəb olur, lakin xüsusilə yaşlı nəsil üçün daha effektivdir. Həftədə üç dəfədən çox, müntəzəm olaraq 7 500 addım atan 65 yaşdan yuxarı insanlarda ölüm riskində 52 faiz azalma müşahidə olunub. Bu, 45-65 yaş qrupunda müşahidə edilən 38 faizlik azalmadan və ümumi əhalinin sayı üzrə 27 faizlik azalmadan əhəmiyyətli dərəcədə böyükdür.

İki il ərzində həftədə üç dəfə, ən azı 5 000 addım ataraq sağlam fiziki fəaliyyət vərdişini saxlamaqla kişilər üçün orta ömür uzunluğuna 2,5 il, qadınlar üçün isə 3 il əlavə oluna biləcəyi müşahidə edilib.

Bu, həmçinin 2-ci tip diabet nisbətinin azalmasına və bu xəstəlikdən əziyyət çəkənlərdə ölüm riskinin 40 faiz aşağı düşməsinə də gətirib çıxarıb.

Tarix
2024.03.13 / 02:04
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla