Yuxarı

Diqqət: Yeni ölümcül infeksiya yayılır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Diqqət: Yeni ölümcül infeksiya yayılır

Yaponiyada nadir bakterial infeksiya rekord sürətlə müəmmalı şəkildə yayılır.

Axar.az xəbər verir ki, bu barədə “Japan Tayms” məlumat yayıb.

Bildirilib ki, xəstəliyə ən çox A qrupu streptokoklar adlı bakteriyalar səbəb olur. Həkimlər infeksiyanın yayılmasının qarşısını almaq üçün insanları əllərini yumağa və yaraları yaxşıca təmizləməyə çağırır.

Yaponiya Milli Səhiyyə Xidmətinin məlumatına görə, 2024-cü ilin ilk iki ayında Yaponiyada artıq 378 yoluxma halı qeydə alınıb. STSS-in əksər hallarına daha çox streptokokk A kimi tanınan pioqennik streptokokk səbəb olur ki, bu da əsasən uşaqlarda boğaz ağrısına səbəb ola bilər, lakin bir çox insanlar xəstəliyi ayaqüstü keçirir. Bununla belə, həkimlər bu bakteriyanın çox yoluxucu olduğunu və 30 yaşdan yuxarı şəxslərdə ciddi xəstəliklərə və ölümə səbəb ola biləcəyini, yaşlı insanların isə daha çox risk altında olduğunu bildirir.

A qrupu ştammı hazırda 50 yaşdan aşağı xəstələr arasında daha çox ölümə səbəb olur. Yaponiya mediasının məlumatına görə, 2023-cü ilin iyul-dekabr ayları arasında STSS diaqnozu qoyulan 50 yaşdan aşağı 65 nəfərdən 21-i dünyasını dəyişib.

İlk mərhələlərdə STSS əzələləri əhatə edən birləşdirici toxuma nekrozuna səbəb ola bilər. Yapon səhiyyə rəsmiləri xəstələrə antibiotiklər verildiyini, lakin ciddi hallarda toxumanın çıxarılması lazım olduğunu deyirlər.

Tarix
2024.03.26 / 00:40
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya üçün kritik gün: Paşinyan qalib gəlsə, bitdi...

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

CNN-in Azərbaycanla bağlı böhtan məlumat yayması...

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla