Yuxarı

İnsan beyni böyüyür – Araşdırma

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnsan beyni böyüyür – Araşdırma

Yeni araşdırmalar göstərir ki, insan beyninin ölçüsü zamanla tədricən artır və bu, gənc nəsillərdə demensiya riskini azalda bilər.

Axar.az xəbər verir ki, yaşı 55-65 arasında olan üç mindən çox amerikalının beyninin təsviri ilə aparılan araşdırma, 1970-ci illərdə doğulanların ümumi beyin həcminin 1930-cu illərdə doğulanlara nisbətən 6,6 faiz daha çox olduğunu ortaya qoyub.

Yaddaş və öyrənmədə mühüm rol oynayan beynin xüsusi hissəsi tədqiq edilən ardıcıl nəsillər ərzində həcmcə yüzdə 5,7 faiz genişlənib. Bu, boy və yaş kimi digər təsirli olan amillər nəzərə alındıqdan sonra belə doğru idi.

Tədqiqata rəhbərlik edən Kaliforniya Davis Universitetinin nevroloqu Çarlz Dekarli bildirib ki, hər hansı bir insanın doğulduğu 10 il beyin böyüklüyünü göstərir və potensial olaraq uzunmüddətli beyin sağlamlığına təsir edir. Genetika beyin ölçüsünün müəyyən edilməsində mühüm rol oynayır, lakin əldə edilən nəticələr göstərir ki, sağlamlıq, sosial, mədəni və təhsil faktorları kimi təsirlər də rol oynaya bilər.

Bu gün demensiya bütün dünyada on milyonlarla insana öz təsirini göstərir və dünya əhalisinin yaşlanması ilə yaxın üç onillikdə xəstəliyin diaqnozu üç dəfə artacaq. Ancaq düşünmək üçün ümidverici bir məlumat var - son üç onillikdə ABŞ və Avropada demensiya halları hər on ildə təxminən 13 faiz azalıb. Gənc nəsillərdə demensiyanın riski ehtimal ki, daha sağlam həyat tərzi və tərbiyə ilə əlaqədar olaraq azalır.

Tarix
2024.04.07 / 11:41
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla