Yuxarı

Orqanizmdə iltihabı azaldan qidalar

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Orqanizmdə iltihabı azaldan qidalar

Bu qidaları çox miqdarda yemək lazımdır ki, bədəndə iltihab azalsın. Çünki iltihab xroniki xəstəlik və xərçəngin səbəbidir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, dietoloq Trista Best antioksidant təsirli ən güclü qidaları açıqlayıb.

“İltihab əslində immun sistemin təbii reaksiyasıdır, bu o deməkdir ki, proses gedir və immunitet bacarmır. Xroniki iltihab ürək, damar, diabet və xərçəngə gətirib çıxarır. Bu riski gənc yaşdan azaltmaq lazımdır. Bunun üçün mükün qədər çox tərəvəz, meyvə, giləmeyvə yemək lazımdır.

İltihabı azaldanlar – sitrus meyvələri, böyürtkən, moruq, çiyələk, qaragilədir.

Mütləq rasiona kivi, qreypfrut, ananas daxil edilməlidir. Tropik meyvələrdə bromealyn adlı ferment var, o, güclü iltihabəleyhinə təsiri ilə məşhurdur, bədəndəki artıq yağı, piyi yuyur. Bu meyvədə immunitet üçün vacib olan bütün vitaminlər var.

Ananas artrit, revmatizm, həzm sistemi xəstəlikləri üçün dərmandır.

E vitamini və mono yağlarla zəngin avokado da qanda şəkəri salır, iltihabı azaldır.

C vitamini ilə zəngin kivi, portağal da vacibdir. Çünki gündə 500 mq vitamin C iltihabı azaldır.

Alma, gilas və vişnə də podaqra, revmatoid artrit xəstələri üçün vacibdir. Alma kversetin mənbəyidir, antioksidant təsiri var”, - Best qeyd edib.

Tarix
2024.04.11 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla