Yuxarı

Qəfil ölmək istəmirsinizsə… - Professordan SOS

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəfil ölmək istəmirsinizsə… - Professordan SOS

Son zamanlar ictimaiyyəti narahat edən hallardan biri, bəlkə də birincisi ölüm yaşının gəncləşməsidir. İnsanlar bir neçə il öncə gənclərin nadir halda qəfil və ya xəstəlik səbəbindən dünyadan köçdüyünü deyir. Bu gün isə əksinə, daha çox gənclər vəfat edir. Buna səbəb nədir?

Axar.az xəbər verir ki, tibb elmləri doktoru, həkim-cərrah Adil Qeybulla Globalinfo.az-a açıqlamasında hazırda ölümə daha çox ürək-damar xəstəliklərinin səbəb olduğunu bildirib.

Onun sözlərinə görə, bu xəstəlik sürətlə artmaqdadır:

Bundan başqa, onkoloji xəstəliklərin də xüsusi çəkisi artır. Çünki ekoloji səbəblər, qida mədəniyyəti, həyat tərzi, oturaq həyat tərzinin artması, siqaret və alkoqol asılılığı, artıq çəki kimi amillər ömrü qısaldır, ürək-damar və digər xəstəliklərin yaranmasına gətirib çıxarır. Nəticədə də gənc yaşlarda ölüm baş verir”.

A.Qeybullanın fikrincə, xəstəliklə bağlı mübarizə milli genofondun qorunma proqramına daxil olmalıdır:

“Gənclər özlərini qorumalıdırlar. Mümkün qədər daha sağlam qidalanmağa çalışmalıdırlar. Eləcə də fiziki aktivliyə diqqət eləməli, açıq havada çox gəzməli, həyat tərzini sağlamlaşdırmalı, pis vərdişlərdən uzaq dayanmalıdırlar. Yalnız bu halda biz ömrümüzü uzada, sağlam yaşaya, bizə verilən müəyyən fizioloji imkanlardan yararlana bilərik. Yox, əgər tənbəlləşmə, aşırı qida qəbulu, pis vərdişlər olacaqsa, ömür qısalacaq. Ona görə də belə statistikanın bu gün olması təbiidir”

Tarix
2024.04.20 / 15:06
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla