Yuxarı

Diabet xəstələri üçün möcüzəvi çay

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Diabet xəstələri üçün möcüzəvi çay

2-ci diabet bir çox insanın həyatını çətinləşdirən xəstəliklərdən biridir. Xüsusilə qan şəkərinin yüksəlməsi bu xəstələr üçün olduqca narahatedici haldır.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, elmi araşdırmalar yeməkdən sonra qan şəkərinin yüksəlməsinin qarşısını çobanyastığı çayı ilə almağın mümkün olduğunu sübut edib.

Xüsusilə 2-ci tip diabetlilər gündə 3 stəkan çobanyastığı çayı içərək qan şəkərini tarazlaya bilərlər.

“Qızıl çay” adlandırılan çobanyastığı çayının qlisemik nəzarətə və antioksidant səviyyələrinə necə təsir etdiyini araşdıran tədqiqatçılar 64 iştirakçı üzərində təcrübə aparıblar. 30-60 yaşlı insanlar 2-ci tip şəkərli diabetdən əziyyət çəkirdilər. Onlar 8 həftə ərzində hər yeməkdən sonra gündə 3 dəfə çobanyastığı çayı içiblər. Başqa bir qrup isə çobanyastığı çayı əvəzinə su içib.

Tədqiqatlar çobanyastığı çayı içən qrupda HbA1c və serum insulin səviyyələrinin "əhəmiyyətli dərəcədə" azaldığını və nəzarət qrupu ilə müqayisədə ümumi antioksidant qabiliyyətinin əhəmiyyətli dərəcədə artdığını göstərib. Araşdırma çobanyastığı çayının diabet riskini azaltmağa kömək edə biləcəyini də sübuta yetirib.

Bununla belə, elm adamları deyirlər ki, daha geniş populyasiya ilə tədqiqatlara ehtiyac var.

Tarix
2024.06.23 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan özünün əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Paşinyanın Azərbaycanla bağllı “hədəfi” - Plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla