Yuxarı

Fərqində olmadan zəhər qəbul edirik

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fərqində olmadan zəhər qəbul edirik

Günəşdən qoruyucu vasitələr yay aylarının vazkeçilməz məhsullarıdır. Ancaq mütəxəssislər bu məhsulların təhlükəli ola biləcəkləri barədə xəbərdarlıq edirlər.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, buna səbəb əksər günəşdən qoruyucu vasitələrin tərkibində titan dioksid adlı maddənin olmasıdır.

Titan dioksid toz halında olan metal birləşmədir. Ondan kosmetik məhsulların rəngini yaxşılaşdırmaq və onları daha parlaq etmək üçün istifadə olunur. Bundan əlavə, günəşdən qoruyucu vasitələrdə faydalı olan UV müqavimətinə malikdir.

Professor Keyt Uorriner bu maddənin təhlükəsini belə izah edib:

“Narahatlıq ondan ibarətdir ki, titan dioksid qəbul edildikdə - xüsusilə nanohissəciklər şəklində - hüceyrələrimizə daxil ola, hüceyrə zədələnməsinə səbəb olan radikallar istehsal edə və bu da xərçənglə nəticələnə bilər".

Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi titan dioksidi “Qrup 2B kanserogen” kimi təsnif edir, yəni xərçəngə səbəb ola biləcəyi rəsmi şəkildə təsdiqlənib.

“Voll Strit Jurnal” bir araşdırmanın titan dioksid istehlakı ilə xərçəng riskini artıran bağırsaq iltihabı arasında potensial əlaqə tapdığını yazıb.

Bu cür tapıntılar istehlakçılar arasında narahatlıq yaradır.

Titan dioksid hissəciklərinin udulması aşağıdır. Bununla belə, onlar bədəndə toplana bilər. Fərqində olmadan titan dioksid istehlak etmək istəmirsinizsə, məhsulların etiketini oxumalı və tərkibində bu maddənin olduğu məhsullardan mümkün qədər uzaq durmalısınız.

Qeyd edək ki, bəhs edilən maddə müxtəlif növ konfetlər, saqqızlar, dondurulmuş pizza kimi hazır yeməklərdə də istifadə edilir.

Tarix
2024.06.24 / 01:47
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla