Yuxarı

Zəif qan dövranının əlamətləri...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəif qan dövranının əlamətləri...

Əzalardakı ağrı qan dövranının zəif olduğunu göstərə bilər.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, bu barədə Baylor Tibb Kollecinin (ABŞ) dosenti Veenadhari Vanq danışıb.

Onun sözlərinə görə, ayaqda və ya ayaq barmaqlarında, baldırlarda və ya ombalarda yaraların yavaş sağalması, kramp, uyuşma və ağrı qan dövranının zəif olduğunu göstərə bilər.

Həkim qan dövranının zəif olmasının öz növbəsində ürək və qaraciyərin fəaliyyətinə mənfi təsir göstərdiyini bildirib. O, qan dövranının zəifləməsinin ən çox görülən əlamətlərinin əzalarda sancma, bıçaqlanma hissi və ağrı olduğunu deyib:

“Bəzən ağrı "yanğı" hissi kimi ola bilər. Bu cür ağrı ayaqlarda və ya barmaqların ön hissəsində daha çox hiss ediləcək. Qan dövranı pozğunluqları gəzintidən sonra bud, baldır və ya ombada ağrı kimi də özünü göstərir. Bu patologiyanın digər simptomları yaraların yavaş sağalması və dərinin solğunluğudur”.

Həkim izah edib ki, orqanizm həyati orqanlara normal qan axını saxlamağa çalışır, ona görə də qan dövranının zəifləməsi əlamətləri adətən ilk növbədə kənar orqanlarda müşahidə olunur.

O, qan dövranının zəifləməsinin çoxsaylı ekoloji və genetik faktorlar, eləcə də qeyri-sağlam həyat tərzi seçimləri nəticəsində yarandığını qeyd edib.

“Ateroskleroz - qan damarlarının divarlarında xolesterin və yağ laxtalarının yığılması - damarları daralda və qanın axmasına mane ola bilər. Bədəndə hipertoniya və iltihab da qan axınına mənfi təsir göstərir. Diabeti olanlar, siqaret çəkənlər də qan dövranı problemi riski altındadır”, - deyə mütəxəssis diqqətə çatdırıb.

Həkim qan dövranı ilə bağlı problemlərin ürək və qaraciyər kimi mühüm daxili orqanların işində pozulmalara səbəb ola biləcəyini vurğulayıb.

Tarix
2024.07.28 / 02:15
Müəllif
Axar.az
Digər xəbərlər

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

Tacikistandakı səfirimiz də geri çağırıldı - Yeni təyinat

Prezident Qazaxıstandakı səfirimizi geri çağırdı - Yeni təyinat

Hindistandakı səfirimiz geri çağırıldı - Yeni təyinat

Mirziyayevdən Bakıya xüsusi jest: Cəmi 4 gün sonra... - Foto

Prezident Ukrayna ilə bağlı bu qanunu təsdiqlədi

Vladimir Putin İlham Əliyevə zəng etdi

XİN-dən Zaxarovanın fikirlərinə reaksiya: Son qoyulmalıdır!

Tramp onun Bakıya səfərini paylaşdı - Foto

KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla