Yuxarı

Öldürücü xəstəlik sürətlə yayılır: Necə qorunaq?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Öldürücü xəstəlik sürətlə yayılır: Necə qorunaq?

Meymunçiçəyi virusu “çiçəkkimilər” qrupuna aiddir. Dünyanın dörd ağır karantin infeksiyasından biri olan “təbii çiçək” də bu qrupa aiddir. Lakin meymunçiçəyinin ağırlıq dərəcəsi onunla müqayisə edilə bilməz. Hazırda ikinci əvvəlkilərdən təhlükəlidir.

Bu sözləri Axar.az-a həkim, tibb üzrə elmlər doktoru Adil Qeybulla meymunçiçəyi xəstəliyi ilə bağlı yaranan vəziyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, xəstəlik təmas vasitəsi ilə yayılır və tibbi müalicəsi yoxdur:

“Afrikada konkret epidemioloji ocağın peyda olması səbəbindən ÜST tərəfindən fövqalədə hal kimi qiymətləndirilib. Düzgün dəyərləndirmədir. Yəni bu, bütün imkanların və ictimai səhiyyənin səfərbərliyini nəzərdə tutur. Xəstəlik çox ağır əlamətlərlə başlayır. 3 həftəyə kimi inkubasiya dövrü var. Yüksək hərarət, halsızlıq, bel-əzələ, baş ağrıları, dəridə içi maye ilə dolu ağ və sarı qabarların yaranması ilə xarakterizə olunur. İmmun sistemi zəif olanlarda ölümlə də nəticələnə bilər. Xəstəliyin seroloji testi yoxdur. Diaqnostikada xeyli çətinliklər var. Təbii çiçəyə aid antiviral dərmanlar da yoxdur. Vaksin var. Bəzən də peyvəndlərin hazırlanıb yayılması ilə xəstəliyin yayılması arasında fərq olduğuna görə, bəzən vaksinasiya da vaxtında effekt vermir. Hər şey vaxtında tədbir görməkdən asılıdır”.

Həkimin sözlərinə görə, bu xəstəlik ciddi fəsadlar yaratmadan təbdir görülməlidir:

“Narahat olmağımıza əsas var. Ciddi yanaşmalıyıq. Hər kəs məsuliyyətli olmalıdır. Ciddi karantin tədbirləri görülməlidir. Epidemik ocaqlar olan yerə giriş-çıxış ciddi nəzarət altında olmaldır. Hospitalizasiya dərhal həyata keçirilməldir. Ayrıca xəstəxanalar olmaldır. Çünki xəstəlik təmas vasitəsi ilə yayılır. Bu, intensiv də yayıla bilər. Çünki insanlar daima bir-biri ilə təmasdadılar. Sərhəddə, ölkəyə keçən şəxslər ciddi nəzarətə alınmalıdır. Xəstəliyin vaxtında lokallaşdırılması üçün bütün tədbirlər görməliyik”.

Tarix
2024.08.17 / 08:30
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla