Yuxarı

Diqqət: Yatağınızdakı matraslar təhlükəlidir...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Diqqət: Yatağınızdakı matraslar təhlükəlidir...

Son zamanlar yun döşəkləri sıxışdırıb çıxaran matraslar sağlamlıq üçün təhlükəlidir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, matraslarda kifin yığılması allergik insanlar, astma bronxiti olanlar üçün zərərlidir.

Biotexnologiya üzrə alim Mariya Zolotareva yataq otağı əşyalarında, yorğan-döşəkdə yaranan kifin xəstəliklərə səbəb olmasından danışıb.

“Son zamanlar trenddə olan matrasların materialı və istifadə şərtlərindən asılı olaraq daha çox kif yaranır. Matraslar digər döşəklər kimi vaxtaşırı günə çıxarılmır, çırpılmır, yuyulmur, ona görə orda daha çox nəm və istilik olur. Xüsusən qışda termoistilik verən matraslarda kif göbələyi daha çox yayılır.

Yataq otaqlarına gün və hava çox düşmədiyi üçün insan təri ilə nəm qarışır. Hətta təmiz pambıq, ipək belə mikroorqanizmlər üçün əlverilşli mühitdir. Bu zaman yataqda, döşək künclərində, hətta divarda, mebel və xalçada da kif göbələkləri artıb çoxalır.

Kifdən qorunmaq üçün otaqda rütubət və temperatur normasına riayət etməli, matrasları quru saxlamaq lazımdır.

Matrasları müntəzəm havaya çıxarmalı, nəmdən qoruyan xüsusi çexollar taxmalı, antimikrob materialdan döşəklər alınmalıdır”.

Tarix
2024.10.10 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan buna görə Türkiyəni təbrik etdi

Vadefulun Bakı və İrəvan səfəri - Tiflisdən imtina etdi

TRİPP başladı - İrandan sensasion reaksiya

Fərid Baxşıyev yüksək vəzifəyə seçildi

Türkiyənin böyük uğurunda Ukraynanın müstəsna rolu

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifə alan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

Maka Boçorişvili sabah Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla