Yuxarı

Rusiya xərçəng əleyhinə vaksini sınaqdan keçirir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya xərçəng əleyhinə vaksini sınaqdan keçirir

Rusiyada hazırlanan xərçəng əleyhinə vaksin melanoma (dəri xərçəngi) xəstələri üzərində sınaqdan keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Milli Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Ginzburq məlumat verib.

Onun sözlərinə görə, bu vaksinin tədqiqat proseduru adi haldan fərqlənəcək - sınaqların klassik birinci, ikinci və üçüncü fazaları olmayacaq:

“Hazırda melanoma üzərində işləyirik, çünki bu, texniki cəhətdən daha asandır. Dəri xərçəngi səthidir, hər şey görünür, amma başqa tədqiqatlar da olacaq. Kazan Fundamental Tibb və Biologiya İnstitutu digər modellər, xüsusən də dünyada təxminən ildə 1,2-1,3 milyon insanın öldüyü kiçik hüceyrəli ağciyər xərçəngi ilə bağlı tədqiqatlar aparır. Bu, ən çox rast gəlinən bədxassəli xərçənglərdən biridir”.

Mərkəzin direktoru əlavə edib ki, vaksin fərdi qaydada, xəstələrin vəziyyətini nəzərə alınmaqla tətbiq ediləcək:

"Bu məhsul bir neçə elmi qrup – Rusiya Epidemiologiya və Mikrobiologiya Elmi-Tədqiqat Mərkəzi, Moskva Elmi-Tədqiqat Onkologiya İnstitutu və Milli Tibbi Tədqiqat Onkologiya Mərkəzi tərəfindən hazırlanıb".

Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu, Milli Tibbi Tədqiqat Radiologiya Mərkəzinin baş direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Andrey Kaprin bildirib ki, artıq kliniki sınaqlar başa çatıb.

Tarix
2024.10.12 / 17:11
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla