Yuxarı

Oktyabr: süd vəzi xərçəngi ilə mübarizə - 10 əlamət

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oktyabr: süd vəzi xərçəngi ilə mübarizə - 10 əlamət

Oktyabr ayı dünyada süd vəzi xərçəngi ilə mübarizə və qadınların maarifləndirilməsi ayıdır.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, Azərbaycanda da qadınlar arasında yayılmış xərçəng növləri içində birinci yerdə süd vəzi xərçəngi gəlir.

Süd vəzi şişi menstrual tsikl bitəndən sonra da kiçilməyən, zamanla daha da böyüyən kütlədir.

Əsas əlamətləri:

- Gilənin içəri batması

- Axıntı

- Süd vəzidə yayılmış ağrı

- Qoltuqaltında bərkimə

- Limfa düyünlərinin böyüməsi

- Süd vəzidə çökəklər olması

- Süd vəzinin rənginin dəyişməsi

- Süd vəzidə şişkinlik, istilik, qızartı

- Arıqlamaq

- Ümumi zəiflik.

Əgər bu əlamətlər bir neçə aydır varsa, qadın süd vermirsə, mastit yoxdursa, yaşı xüsusən 40-ı keçibsə, yubanmadan onkoloji müayinədən keçməlidir.

Əsas müayinə üsulu:

- Onkoloqun əllə baxışı

- USM

- Mammoqrafiya

- Lazım gələrsə, MRT

- Analizlər

- Biopsiya.

Qadınlar 2 ildə bir dəfə süd vəzi üzrə skrininqdən keçməlidir.

Tarix
2024.10.23 / 02:19
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla