Yuxarı

Xərçəng yaradan ən çox yayılmış viruslar

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xərçəng yaradan ən çox yayılmış viruslar

Xərçəngi yaradan faktorlardan biri də viruslardır.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, xərçəng özbaşına yaranmır, hava-damcı yolu ilə də keçmir. Amma çox elmi araşdırmalar sübut edib ki, hətta hava–damcı yolu ilə yayılan bir çox viruslar şiş yarada bilir.

Bloxin adına Onkoloji Mərkəzin əməkdaşı Vadim Pokrovski xərçəng yaradan viruslardan danışıb:

“Bunlar ölkədə çox yayılan Epşteyn-Barr, hepatit və papiloma viruslarıdır. Bu viruslar orqanizmdə yayılaraq, zaman-zaman mutasiiyaya uğrayır, hüceyrələri zədələyir və nəticədə bədxassəli hüceyrələr çevrilişi artırır.

Yer üzündə əhalinin yarıdan çoxunda Epşteyn barr virusu var. Bu virus uşaqdan böyüyə hər kəsə müxtəlif yollarla yoluxur. Əsasən boyun, boğaz, burun, qida borusu və cinsiyyət üzvlərində şiş yarada bilir. Virusu orqanizmdən tam təmizləmək mümkün deyil, bunun üçün dərman da yoxdur. Sadəcə, immuniteti yüksək saxlamaq lazımdır.

VPV 16-18 tip də qadınlarda uşaqlıq boynu xərçəngi yaradır. Hepatit B də qaraciyərdə sağlam hüceyrələri dəyişir. Əgər bir insanda bu viruslar varsa, bu o demək deyil ki, o mütləq xərçəng olacaq. Daha çox xroniki formalar yüksək risk yaradır”.

Tarix
2024.11.15 / 02:07
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla