Yuxarı

Əldə telefonla qida qəbulu təhlükəlidir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əldə telefonla qida qəbulu təhlükəlidir

İstər böyük, istər uşaq əldə və ya masada telefonla üz-üzə qida qəbul etmək orqanizm üçün təhlükəlidir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, nutrisoloq Olqa Titova yemək zamanı telefonla ünsiyyəti qəti qadağan edir.

“Yemək zamanı əllər təmiz olmalıdır. Əlləri yuduqdan sonra onu telefona vurdunuzsa, artıq cihazda olan mikroblar əlinizə keçir. Bu zaman qidanın çirklənməsi baş verir. Eləcə də telefona baxa-baxa yemək doymaq siqnalının vaxtında beyinə çatmasının qarşısını alır, bu isə orqanizmi yükləyir, həzm prosesini pozur. Smartfonların səthində çox sayda zərərli bakteriyalar toplanır, bu da qida zəhərlənməsinə və mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər.

Tədqiqatlar göstərib ki, telefonu gün ərzində ən çirkli yerlərə qoyub götürürük və sonra onu təmizləmədən masaya aparır, uşağa verir, əlimizi vurub o əllərlə boşqaba, çörəyə toxunuruq.

Hətta telefonla yemək yedikdə yeməyin dadı, keyfiyyəti belə dəyişir. Ona görə də fiziki, emosional sağlamlıq üçün telefon yemək masasında olmamalıdır. Yemək prosesi tam rahat və aydın beyinlə icra olunmalıdır”, - Titova qeyd edib.

Tarix
2024.12.13 / 02:02
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla