Yuxarı

Yeməkdən dərhal sonra çay içmək niyə olmaz?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeməkdən dərhal sonra çay içmək niyə olmaz?

Anemiya dünyada ən geniş yayılmış patologiyadır və aşağı hemoqlobin bir çox orqan və sistemlərin işini pozur.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, professor, hematoloq Nikolay Stuklov hemoqlobin azlığının hansı fəsadlara səbəb olmasından danışıb.

“Uzun müddət hemoqlobin azlığı zəiflik, halsızlıq, baş hərlənməsi, tənəffüsdə çətinlik və ürəkdöyünmə, eləcə də tez yorulma və dərinin ağarması simptomları verir. Hipoksiya olduğu üçün ürək, beyin kifayət qədər oksigen almır.

Lazımi miqdarda hemoqlobin hasil etmək üçün orqanizmə zülal, dəmir və fol turşusu lazımdır.

Ən yaxşı zülal mənbəyi heyvani qidalardır. Çünki zülalın strukturunu təşkil edən aminturşuları heyvan ətindədir.

Optimal zülal və dəmir mənbəyi ət və ət məhsullarıdır. Onlarda olan ikivalentli dəmir orqnanizm tərəfindən daha yaxşı sovrulur. Bitki, tərəvəzlərdən isə nar, alma, qarabaşaq və s.

Ətə gəldikdə, çiy ət nə qədər tünd qırmızıdırsa, onda dəmir bir o qədər çoxdur. Balıqda dəmir yoxdur. Eləcə də yeməkdən sonra çay, qəhvə, süd məhsulları içmək olmaz, çünki bu, dəmiri məhv edir.

Fol turşusu isə sitruslarda, göyərti, kahıda, paxlalılarda var. Lakin o, qidalar bişirildikdə tam dağılır.

Fol turşusu almaq üçün bunları çiy halda qəbul etmək lazımdır. Qanazlığı olanlar üçün ideal yemək: qarabaşaq, göyərti və yanında qırmızı ət bişməsi, steyk, kababdır.

Dəmirin sovrulması üçün içki kimi limonlu su içmək yetərlidir”, - Stuklov qeyd edib.

Tarix
2024.12.21 / 01:58
Müəllif
Axar.az
Digər xəbərlər

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

Meloni İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla