Yuxarı

Arıqlamaq istəyirsinizsə, üşüyün

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arıqlamaq istəyirsinizsə, üşüyün

Avstraliya alimlərinin fikrincə, soyuqdan titrəmək ağ piyin yanmasını stimullaşdırır.

"Axar.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, qəhvəyi piyin hüceyrələri piylənmə, qaraciyər piylənməsi və şəkərli diabetə qarşı mübarizədə əsas komponent ola bilər.

Qəhvəyi piy hər bir insanda var, amma kimdə onun qədəri çoxdur, onlar daha arıq və qamətlidirlər, üstəlik, qanlarında qlükozanın səviyyəsi də aşağıdır.

Son illərin araşdırmaları göstərib ki, qəhvəyi piyin yaranmasına soyuq təkan verir. Yalnız bədənin həmin hüceyrələrə necə siqnal verməsi qaranlıq qalırdı. Bunun mexanizmini aydınlaşdırmaq üçün Sidneydəki Qarvan Tibbi Araşdırmalar İnstitutunun (GİMR) alimləri könüllüləri temperaturu azaldılan otaqlarda yerləşdirib. Temperatur 18 dərəcədən tədricən 12 dərəcəyədək aşağı salınıb. İnsanlar soyuqdan üşüyənədək dərəcə endirilib. Könüllülərin dərisinə onların əzələlərinin elektrik aktivliyini ölçən qurğu birləşdirilir. Həmçinin hormonların səviyyəsinin ölçülməsi üçün qanları da nəzarətə götürülüb.

Məlum olub ki, soyuğun təsir ilə iki hormonun - əzələlərin istehsal etdiyi irizinin və qəhvəyi piy qatının istehsal etdiyi FGF21-in səviyyəsi yüksəlir. Maraqlıdır ki, orta intensivliklə 1 saat velosiped sürərkən yaranan irizinin qədəri 10-15 dəqiqə soyuqda titrəyən zaman yaranan irizinin qədərinə bərabərdir.

Onu da qeyd edək ki, bu hormonlardan gələcəkdə piylənməyə qarşı terapiyada istifadə edilə bilər.

Tarix
2014.02.18 / 02:02
Müəllif
Gülnarə Kərimova
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla