Yuxarı

Axşam yeməkdən imtina arıqlamağa kömək edir?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Axşam yeməkdən imtina arıqlamağa kömək edir?

Artıq çəkidən qurtulmaq istəyən bir çox insan müxtəlif pəhrizlər və qida məhdudiyyətlərinə müraciət edir. Bu üsullardan biri də saat 18:00-dan sonra yeməkdən imtina etməkdir. Amma bu metod həqiqətən arıqlamağa və nəticəni uzun müddət saxlamağa kömək edirmi?

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, rusiyalı dietoloq və endokrinoloq Yuliya Atamanova bu mövzu ilə bağlı fikirlərini bölüşüb.

Mütəxəssisin sözlərinə görə, 18:00-dan sonra yeməkdən imtina insanı qısa müddətdə arıqlada bilər. Lakin bu metodun ciddi bir mənfi cəhəti var - o, uzunmüddətli nəticələr təmin etmir.

"Axşam saatlarına yaxın aclıq hissi toplanır. Çox vaxt nahar və şam yeməyi arasındakı fasilə 5 saatdan çox olur. Yorğunluqla birlikdə insanın özünü yeməklə mükafatlandırmaq arzusu yaranır. Bu vəziyyətdə porsiya ölçüsünü nəzarətdə saxlamaq çətinləşir. Belə bir rejimdə tez-tez pozuntular baş verir və çəki geri qayıdır. Həmçinin insanlar yeməksiz rahatlanmağı və zövq almağı öyrəşə bilmir, dostları və qohumları ilə görüşlərdən imtina etməkdə çətinlik çəkirlər. Buna görə də bu rejimdə uzun müddət yaşamaq mümkün deyil" , - deyə Atamanova vurğulayıb.

Dietoloq qidalanma rejimini tarazlaşdırmağı, güclü aclıq hissinin qarşısını almağı və porsiya ölçüsünə nəzarət etmək üçün gün ərzində bir neçə qəlyanaltı etməyi məsləhət görüb:

"Düzgün tərtib edilmiş rasion və kalori defisiti ilə istənilən saatda yemək mümkündür və buna baxmayaraq arıqlamaq olar".

Tarix
2024.12.30 / 01:55
Müəllif
Axar.az
Digər xəbərlər

İraq prezidenti WUF13-ə dəvət olundu

Azərbaycan XİN bu ölkəni təbrik etdi

İlham Əliyev Polşa prezidentini təbrik etdi

İran Ermənistandakı Göy Məsciddə tədbir keçirdi

Həkimə qumbara atan şəxslə bağlı hər şey üzə çıxdı - Video

Ərdoğan Ermənistana onu göndərir - Səbəb

Məhəmməd Süleyman əl-Casir Xankəndiyə səfər edəcək

Slovakiya prezidenti Azərbaycana gələcək

İsrail səfirindən Azərbaycanla bağlı açıqlama

Qarabağda buna heyran qaldım - Braziliya səfiri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla