Yuxarı

Hər gün kolbasa yeyən insanı nə gözləyir?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hər gün kolbasa yeyən insanı nə gözləyir?

Hər gün kolbasa-sosis yeyən insanlar sağlamlıqlarını necə böyük riskə atdıqlarını bilmirlər.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, həkim Natalya Denisova hər gün kolbasa yeməyin təsirindən danışıb.

O bildirib ki, əsas yan təsirlərdən biri artıq çəki, piylənmədir:

"Çünki kolbasada süni yağ, piy əlavələri var. Ətlə müqayisədə kolbasada piy 2-3 dəfə çoxdur. 100 qram bişmiş kolbasada 17 qram yağ var.

Hər gün kolbasa yemək vərdişi ödəm, bədəndə şişkinlik, gözaltı torbalar yaradır. Çünki kolbasa məhsullarında natrium çoxdur. Yaşlı insanlarda təztiq yüksəlir, böyrəklərə zərbə vurur.

Müntəzəm olaraq süni sintetik natriumun orqanizmə daxil olması toxumaları şişirir, qanın damarlardan axmasını ləngidir, ürəyin, böyrəyin işini pozur.

Əlbəttə ki, əsrin bəlası olan xərçəng kolbasa çox yeyənlərdə daha çox rast gəlinir. Çünki kolbasada olan rəng və nitritlər potensial kanserogendir.

Əgər siz kolbasanı çox sevirsizsə, bu o deməkdir ki, beyin ondan asılıdır. Burdan o nəticə çıxır ki, həftədə 1-2 dilim sevimli kolbasadan yemək olar, amma hər gün yemək əvəzi kolbasayla keçinmək olmaz”.

Tarix
2025.01.19 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla