Yuxarı

Siqaret çəkmək haramdır?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Siqaret çəkmək haramdır?

Bir çoxları deyir ki, ziyanlı olan bir şey həm də haramdır. Buna görə də onlar siqaretin də haram olduğunu iddia edirlər. Dində siqaretlə bağlı nə buyurulub? Siqaret haramdır?

Axar.az Metbuat.az-a istinadən xəbər verir ki, ilahiyyatçı Elşad Mirinin sözlərinə görə, Quranda nələrin haram olduğu müəyyənləşdirilib, başqa kiminsə nəyisə haram elan etməsi mümkün deyil. Hətta peyğəmbərin belə haram qoymaq səlahiyyəti olmayıb:

"Siqaret çəkmək insanın özünə zərər verir, ətrafındakılara ziyanı var. Həmçinin israf sayılır. Bəziləri bu 3 nüansı nəzərə alaraq iddia edir ki, siqaret haramdır. Amma bu, yenə də doğru deyil. Çünki ona qalsa, insan sevdiyi bir paxlavanı belə çox yediyi zaman ona zərərli olur və şəkər xəstəliyinə gətirib çıxarır. Yaxud bu gün kiminsə maşının tərkibindən çıxan karbon maddəsi kənardakı insanlara təsir eləyir və s. Bu siyahını artıra bilərik. Ancaq bu məsələlərə görə nəyinsə haram olduğunu iddia etmək doğru deyil. Doğrudur, siqaret zərərlidir, xoş qarşılanmır, insanlara heç bir faydası yoxdur, ona görə bundan uzaqlaşmaq lazımdır. Lakin bunu Allahın əmri kimi təqdim etmək və haram demək düzgün deyil".

İlahiyyatçı vurğulayıb ki, siqareti qadağan etmək olar:

"Necə ki ictimai yerlərdə çəkilməsini yasaqlaya bilərlər. İnsanın bəzən özündən utanmasına gətirib çıxaracaq şərait yaradıla bilər ki, bunun nəticəsində insan həqiqətən siqaretdən iyrənər, tərgidər və həyatını daha təmiz şəkildə davam etdirər. Eyni prizmadan qəlyana da yanaşa bilərik".

Tarix
2025.01.24 / 02:10
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni cinayətkarların məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla