Yuxarı

Zərdaçal - ürək çatışmazlığına kömək edir?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zərdaçal - ürək çatışmazlığına kömək edir?

Nebraska Universitetindən amerikalı alimlərin apardığı araşdırma zərdəçalın ürək sağlamlığı üçün faydalı ola biləcəyini sübut edib.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, məşhur ədviyyatın əsas komponenti olan kurkumin əzələlərdə oksidləşdirici stresslə mübarizə edən Nrf2 geninin fəaliyyətini stimullaşdırır. Bu maddənin ürək çatışmazlığına təsiri siçanlar üzərində eksperimentlərdə yoxlanılıb.

Siçanların dərilərinə kiçik dozalarda kurkumin vuran xüsusi nasos yerləşdirilib.

Ürək çatışmazlığı olan heyvanlarda zərdəçalın təsirindən beş ay sonra ürək əzələsinin işində nəzərəçarpacaq yaxşılaşma qeydə alınıb. Gəmiricilər daha uzun məsafələrə qaçmağa başlayıb və onların qaçış sürəti artıb.

Əhəmiyyətli odur ki, ürək çatışmazlığından əziyyət çəkməyən və zərdəçal verilən nəzarət qrupundakı heyvanlar ürək dözümlülüyündə oxşar irəliləyişlər göstəriblər, onların da qaçış məsafəsi artıb.

Xatırladaq ki, əvvəlki tədqiqatlar da göstərir ki, kurkumin orqanizmə iltihabla mübarizə aparmağa kömək edir, həmçinin korluq və demensiyadan qoruyur.

Tarix
2025.02.08 / 02:04
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni cinayətkarların məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla