Yuxarı

Bağırsaqda olan qurdların sağlamlığa faydası tapıldı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bağırsaqda olan qurdların sağlamlığa faydası tapıldı

Alimlər qurdların gözlənilməz faydasını açıqlayıblar. Qurdlar iltihablı bağırsaq xəstəliklərinin müalicəsində kömək edə bilər.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, beynəlxalq alimlər qrupu bağırsaq parazitlərinin ifraz etdiyi hissəciklərin bağırsaq xəstəliklərində iltihabı azalda biləcəyini aşkar edib.

Laboratoriya siçanları üzərində 4 illik araşdırma parazit qurd “Ascaris suum” tərəfindən istehsal olunan hüceyrədənkənar maddələrin kolitli siçanlarda iltihabı azaltdığını aşkar edib.

İltihabi bağırsaq xəstəliyi – kolit və ya kron davamlı iltihabla xarakterizə olunan xroniki mədə-bağırsaq xəstəlikləri qrupudur. Bunlara qarın ağrısı, ishal və digər xoşagəlməz simptomlara səbəb ola bilən yoğun bağırsağın selikli qişasının iltihabı aiddir.

Alimlər üçün növbəti addım bu prosesin bədənə təsir mexanizmlərini öyrənmək və onların sintetik analoqunu hazırlamaqdır. Gələcəkdə bu metodla təkcə bağırsaq xəstəliklərinin müalicəsində deyil, həmçinin artrit və 2-ci tip şəkərli diabet kimi digər iltihablı xəstəliklərin müalicəsində də istifadə oluna bilər.

Tarix
2025.02.14 / 02:07
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan buna görə Türkiyəni təbrik etdi

Vadefulun Bakı və İrəvan səfəri - Tiflisdən imtina etdi

TRİPP başladı - İrandan sensasion reaksiya

Fərid Baxşıyev yüksək vəzifəyə seçildi

Türkiyənin böyük uğurunda Ukraynanın müstəsna rolu

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifə alan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

Maka Boçorişvili sabah Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla