Yuxarı

Çox yatmağın ciddi fəsadları ola bilər - Xəbərdarlıq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çox yatmağın ciddi fəsadları ola bilər - Xəbərdarlıq

Professor Sinem İliaz həddindən artıq yuxu müddətinin ürək xəstəliyi, diabet və idrak qabiliyyətinin zəifləməsi kimi sağlamlıq problemlərinə işarə edə biləcəyini bildirdi.

Axar.az Aztibb.az-a istinadən xəbər verir ki, böyüklər üçün ideal yuxu müddəti gündə 7 ilə 9 saat arasında hesab edilir. Ancaq bu müddətin müntəzəm olaraq aşılması metabolik pozğunluqlar, yuxu apnesi və zehni geriləmə kimi müxtəlif sağlamlıq problemləri ilə əlaqələndirilir.

Professor həddindən artıq yatmağın yuxusuzluqla yanaşı, sağlamlıq üçün də risk ola biləcəyinə diqqət çəkib:

"Həddindən artıq yuxu - yuxu apnesi və hipersomniya, depressiya, immun sistemi xəstəlikləri, hormon balanssızlıqları, ürək-damar xəstəlikləri kimi bir çox xəstəliklə əlaqələndirilə bilər. Nəzarətsiz və uzun müddət yuxuya getmənin orqanizmdə fərqli sağlamlıq problemlərinə yol aça bilər. Bu vəziyyətdə mütləq mütəxəssisə müraciət edilməlidir" .

Uzun müddət yatmağın Alzheymer və demans kimi zehni pozğunluqların, diabet və ürək xəstəliklərinin inkişaf riskini artıra biləcəyini deyən həkim həftə içi qeyri-kafi yatan fərdlərin həftə sonları çox yataraq kompensasiya etməyə çalışması vərdişini pisləyib.

Tarix
2025.03.26 / 02:01
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak etdi

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla