Yuxarı

Dil yaralarının səbəbi nədir?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dil yaralarının səbəbi nədir?

Ağızda ağrı və həssaslığa səbəb olan dil yaraları travmalar, vitamin çatışmazlığı, stress və ya infeksiya nəticəsində yarana bilər.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, dil yaraları ağız sağlamlığına birbaşa təsir edən və həyat keyfiyyətini aşağı salan ümumi problemlərdən biridir. Yanma, ağrı, ağ ləkələr və həssaslıq kimi əlamətlərlə özünü göstərən dil yaraları travma, vitamin çatışmazlığı, infeksiyalar və ağız gigiyenasına kifayət qədər diqqət yetirilməməsi kimi bir çox səbəblə yarana bilər.

Mütəxəssislər xəbərdarlıq edir ki, tez-tez təkrarlanan və ya uzun müddət sağalmayan dil yaralarının da altında yatan xəstəliklər ola bilər.

Dil yaralarına səbəb nədir?

Dil yaraları B12, dəmir və fol turşusu kimi vitamin və mineral çatışmamazlıqları, həmçinin ağız boşluğunun göbələkləri, herpes infeksiyaları və bakterial xəstəliklər nəticəsində yarana bilər. İsti yeməklər və içkilər, siqaret, breket və protez kimi fiziki travmalar da dilin həssas səthində yara əmələ gətirər.

Simptomlar hansılardır?

- Ağ və ya qırmızı ləkələr

- Dildə həssaslıq, yanma və ağrı

- Udmaqda çətinlik çəkmək

- Dad hissiyyatının azalması

Bu simptomlar adətən bir neçə gündən bir həftəyə qədər öz-özünə keçsə də, uzun müddət davam etdikdə tibbi yardım lazımdır.

Təbii müalicə üsulları

Evdə tətbiq oluna bilən təbii müalicə üsulları arasında duzlu su qarqarası, aloe vera geli, bal, soda, çobanyastığı çayı var.

Bu üsullar iltihabı azalda və sağalma prosesini sürətləndirə bilər.

Duzlu su qarqarası: Antiseptik təsiri ilə infeksiyaların qarşısını alır.

Aloe vera geli: Sakitləşdirici təsiri ilə ağrıları aradan qaldırır.

Bal: Antibakterial xüsusiyyətləri sayəsində yaraların daha tez sağalmasına kömək edir.

Çobanyastığı və adaçayı çayı: İltihab əleyhinə təsiri ilə rahatlama təmin edir.

Qidalanma tövsiyələri

B12, C vitamini və sinklə zəngin qidaların qəbulu dil yaralarının sağalması üçün vacibdir. Qatıq və kefir kimi probiotik qidalar da ağız florasının tarazlaşmasına kömək edir.

Ağız və diş baxımınıza diqqət yetirin. Stressdən uzaq durmağa çalışın.

Turşu və ədviyyatlı qidaları məhdudlaşdırın.

Siqaret çəkməyi və spirt içməyi dayandırın. Əgər breket və ya protezlərdən istifadə edirsinizsə, onların uyğun olduğundan əmin olun.

Dil yaraları çox vaxt zərərsiz olsa da, davamlı və ya tez-tez təkrarlanan hallarda, əsas sağlamlıq problemlərinin erkən diaqnozu üçün bir mütəxəssislə məsləhətləşmə vacibdir.

Tarix
2025.06.11 / 02:10
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla