Yuxarı

Avropada “ağıllı” yara sarğısı hazırlandı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropada “ağıllı” yara sarğısı hazırlandı

Sürix Universiteti tədqiqatçıları xroniki yaraların sağalmasını sürətləndirə biləcək yenilikçi hidrogel texnologiyası hazırlayırlar.

Axar.az xəbər verir ki, xroniki yaralar, xüsusilə diabet və qan dövranı pozğunluqları ilə əlaqəli dəri zədələnmələri dünya üzrə milyonlarla insan üçün ciddi sağlamlıq problemi olmaqla yanaşı, səhiyyə sistemlərinə də milyardlarla dollarlıq illik yük gətirir. Doktorant Börte Əmiroğlunun rəhbərliyi ilə hazırlanan selektiv süngərəbənzər hidrogel əsaslı “ağıllı” yara sarğıları, toxumalardakı iltihab siqnallarını azaldır və eyni zamanda, sağalma proseslərini aktiv şəkildə təşviq edir.

Bu texnologiya yaranı yalnız passiv şəkildə örtməkdən fərqli olaraq, bioloji prosesi yönləndirmək məqsədi daşıyır.

Tədqiqat Makromolekulyar Mühəndislik Laboratoriyasında aparılır. Əmiroğlu burada həmkarı Apurv Sinqh ilə birlikdə “Immunosponge” adlı startapı təsis edərək texnologiyanın kommersiyalaşdırılması istiqamətində ilk addımlarını atıb. Yeni yara sarğı texnologiyasının əsasını mikrogel hissəcikləri təşkil edir. Bu hissəciklər birləşərək yumşaq, süngərə bənzər struktura malik olur və yalnız iltihab törədən molekulları seçici şəkildə “udur”. Beləliklə, sarğı zərərli molekulları çıxararkən sağalmanı təşviq edən siqnalların qalmasını təmin edir.

“Biz yaranı iltihablı vəziyyətdən çıxarmaq və toxumalara bərpa vaxtıdır mesajını vermək istəyirik”, – Əmiroğlu bildirib.

Onun sözlərinə görə, bu texnologiya təbiətdəki maddə mübadiləsi və hüceyrəarası əlaqə prinsiplərindən ilham alır. Hazırda tədqiqatçılar bu texnologiyanı xroniki dəri yaraları üzərində sınayırlar, lakin onun gələcəkdə qığırdaq, sümük və vətər kimi digər toxuma növlərinin sağalmasında da potensial tətbiqi mövcuddur. Bu, xüsusilə, qan dövranının zəif olduğu toxumalarda effektiv regenerasiyanı təşviq etmək üçün vacib ola bilər.

Ənənəvi yara sarğılarından fərqli olaraq, “İmmunosponge”un texnologiyası yaranın əsas molekulyar səbəblərini hədəfləyir və erkən müdaxilə üçün nəzərdə tutulub.

Əmiroğlunun sözlərinə görə, layihənin uğuru yalnız elmi əsaslı yanaşmadan deyil, həm də klinik tələblərin və bazar ehtiyaclarının dərindən anlaşılmasından asılıdır.

Startapın növbəti mərhələsi klinik sınaqlara və texnologiyanın daha geniş tətbiq sahələrinin araşdırılmasına yönələcək. Beş və ya on il ərzində “İmmunosponge”un bazara hazır məhsul təqdim edəcəyi gözlənilir.

Tarix
2025.07.06 / 10:53
Müəllif
Axar.az
Digər xəbərlər

Sabah liderlər Qəbələdə nələri müzakirə edəcəklər?

Binəli Yıldırım İlham Əliyevlə görüşündən yazdı

Hakan Fidan Azərbaycana gəlir

Saleh Səmədovun həbsi ilə bağlı yeni xəbər

İlham Əliyev Orbanla görüşdü - Foto

Azərbaycanın Şimali Kiprə dəstəyi... - Prezident

Şövkət Mirziyayev də Qəbələdədir

Tokayev Qəbələyə gəldi, Əmrullayev qarşıladı - Foto

Naxçıvana gediş-gəliş 99 il belə olacaq - Atanesyan

Əliyev Ərsin Tatarla görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla