Yuxarı

“Məhsəti” - Suadın özü haqda filmdir

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Məhsəti” - Suadın özü haqda filmdir

Suad Qaranın “Məshəti” filminin 10 dəqiqəlik bir fraqmentinə baxdım. Film bir çoxunun düşündüyü kimi, Məshəti Gəncəvinin həyatından bəhs edən tarixi bir film deyil. Əksinə, hazırda yaşayan hansısa bir pozğun qadının başına gələnlərdən bəhs edir. Hətta deyərdim ki, Məshəti kod adını daşıyan bu qadın fiziki görünüş olaraq Suad Qaraya çox bənzəyir. Bəlkə də xanım rejissor öz həyat hekayəsini lentə alıb. Bəs, niyə filmin adını “Məshəti” qoyub? Bax, ictimai rəyi çaşdıran da budur.

Filmin tamamına baxmadığımdan bu suala dəqiq cavab verməkdə çətinlik çəkirəm. Amma o da mümkündür ki, mənim baxdığım 10 dəqiqəlik fraqment elə filmin tamamıdır. Çünki filmin qısametrajlı olduğu bildirilir. Adətən 52 dəqiqədən kiçik olan filmlərə “qısametrajlı” deyilir. Hətta 5-7 dəqiqəlik filmlər də qısametrajlı sayılır. Bu məntiqlə, Suad Qaranın çəkdiyi film də 10 dəqiqəlik ola bilər, hətta bu özəlliyi ilə onu bir çox həmcinsindən daha uzun film də saymaq olar. Əgər belədirsə, o zaman mən bütün filmi izləmiş sayılıram və rahatlıqla onun barəsində fikir yürüdə bilərəm.

Müasir çağımızda yaşayan filmin qəhrəmanının Məshəti Gəncəvi adlandırılmasının sadə bir səbəbi var: qadın öz gerçək adını hamıdan gizlədir və eyş-işrət düşkünü olduğu üçün özünü Məshəti kimi təqdim edir. Beləliklə də “Məshəti Gəncəvi də mənim tayım olub” mesajını verir. Xətalı olan və tənqidə məruz qalan əsas məqam da elə budur: sən özünün kimliyin barədə film çəkirsənsə, tarixi şəxsiyyətləri niyə işə qarışdırırsan? Elə filmə birbaşa özünün adını qoy, məsələ də bitsin.

Fikrimcə, filmə “Məshəti” adının verilməsinin bir səbəbi var: rejissor ucuz populyarlıq üçün tarixi şəxsiyyətləri təhqir etmək yolunu tutub, bununla da öz “əsərini” reklam etdirmək istəyib.

Filmin ümumi xarakteristikası barədə bunları deyə bilərəm.

Mövzusu: “gəzəyən” (ifadə filmin ssenaristinə aiddir) bir qadının həyat hekayəsi;

Məzmunu: kəllə suyu;

İdeyası: tarixi milli şəxsiyyətlərimizi aşağılamaq və özünü kimlərəsə bənzədib təsəlli tapmaq.

Tarix
2025.12.12 / 11:23
Müəllif
Heydər Oğuz
Digər xəbərlər
KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla